ÇƏRÇİVƏ 7B
Hizqiyal kitabındakı əsas ifadələr
«Bəni-adəm»
90 DƏFƏDƏN ÇOX
«Hizqiyal» kitabında Hizqiyala 90 dəfədən çox «bəni-adəm» deyə müraciət olunur (Hizq. 2:1). Beləliklə, Yehova ona xatırladır ki, o, böyük şərəfə layiq görülsə də, fani insan olaraq qalır. Maraqlıdır ki, İncildə İsaya da 80 dəfədən çox eyni mənalı sözlə, yəni «insan Oğlu» deyə müraciət olunur. Bu, onu göstərirdi ki, o, insan cildi almış mələk yox, sözün əsl mənasında, insan idi (Mət. 8:20).
«Biləcəksiniz ki, Mən Yehovayam»
50 DƏFƏDƏN ÇOX
«Hizqiyal» kitabında Yehova Allah insanlara müraciət edərək 50 dəfədən çox «biləcəksiniz ki, Mən Yehovayam» sözlərini demişdi. Bu, yalnız Yehovanın pak ibadətə layiq olduğunu vurğulayır (Hizq. 6:7).
«Külli-İxtiyar Yehova»
217 DƏFƏ
«Külli-İxtiyar Yehova» ifadəsinə kitab boyunca 217 dəfə rast gəlinir. Bununla Allahın adı layiqli şərəfə ucaldılır və bütün xilqətin Yehovadan asılı olduğu vurğulanır (Hizq. 2:4).