Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 18A

Həlledici müharibə barədə Yehovanın xəbərdarlıqları

Həlledici müharibə barədə Yehovanın xəbərdarlıqları

Müqəddəs Kitabdakı çoxlu sayda peyğəmbərlikdə xəbərdarlıq olunur ki, həlledici bir döyüşdə Yehova Ona və xalqına düşmən kəsilən hər kəsi məhv edəcək. Burada həmin peyğəmbərliklərdən bir neçəsi yazılıb. Bu xəbərdarlıqlar arasındakı oxşarlıqlara fikir verin. Həmçinin diqqət yetirin ki, Yehova bəşəriyyətin bu xəbərdarlıqları eşidib onlara uyğun hərəkət etməsi üçün necə imkan yaradıb.

QƏDİM İSRAİLDƏ

HİZQİYAL PEYĞƏMBƏR: «Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam,— Külli-İxtiyar Yehova bəyan edir» (Hizq. 38:18—23).

ƏRƏMYA PEYĞƏMBƏR: «Bütün insanlara [Yehova] Özü hökm çıxaracaq. Şər insanları qılınca yem edəcək» (Ərm. 25:31—33).

DƏNYAL PEYĞƏMBƏR: «Göylərin Allahı... bir padşahlıq quracaq... O, bütün bu padşahlıqları əzib yox edəcək» (Dən. 2:44).

B. E. BİRİNCİ ƏSRİ

İSA MƏSİH: «O vaxt elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır» (Mət. 24:21, 22).

HƏVARİ BULUS: «Ağamız İsanın öz qüdrətli mələkləri ilə birlikdə... zühur edəcəyi vaxt... Allahı tanımayanlardan... qisas alınacaq» (2 Salon. 1:6—9).

HƏVARİ BUTRUS: «Yehovanın günü oğru kimi gələcək... Yer və onun üzərində görülən işlər ifşa olunacaq» (2 But. 3:10).

HƏVARİ YƏHYA: «Onun [İsanın] ağzından xalqları vurmaq üçün uzun, iti qılınc çıxır» (Vəhy 19:11—18).

MÜASİR DÖVR

Müqəddəs Kitab bütün dövrlərdə ən çox dilə tərcümə olunmuş və ən geniş yayılmış kitabdır

YEHOVANIN MÜASİR XİDMƏTÇİLƏRİ...

  • Yüzlərlə dildə Müqəddəs Kitaba əsaslanan nəşrlərin milyardlarla nüsxəsini paylayır

  • Hər il təbliğə yüz milyonlarla saat sərf edirlər