Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 1A

İbadət nədir?

İbadət nədir?

İbadət sözünü «allaha göstərilən ehtiram və məhəbbət kimi izah etmək olar». Müqəddəs Kitabda orijinal dildən «ibadət» kimi tərcümə olunan sözlər xilqətə dərin ehtiram və itaətkarlıq göstərmək mənalarını da verə bilər (Mət. 28:9). Bu sözlər həmçinin Allah üçün, yaxud hansısa ilah üçün icra olunan dini ayini təsvir edir (Yəh. 4:23, 24). Bu sözlərin müəyyən ayədə hansı məna daşıdığını kontekstə əsasən müəyyən etmək olar.

Yalnız Yaradan və Kainatın Hökmdarı Yehova tam sədaqətə layiqdir (Vəhy 4:10, 11). Yehovaya ibadət etmək Onun hakimiyyətinə hörmət etmək və adını şərəfləndirmək deməkdir (Zəb. 86:9; Mət. 6:9, 10). Bu iki mövzu — Yehovanın hakimiyyəti və adı «Hizqiyal» kitabında xüsusi şəkildə qabarır. Təkcə bu kitabda «Külli-İxtiyar Yehova» ifadəsinə 217 dəfə, «biləcəksiniz ki, Mən Yehovayam», yaxud «biləcəklər ki, Mən Yehovayam» ifadələrinə 55 dəfə rast gəlinir (Hizq. 2:4; 6:7).

Lakin ibadət təkcə hissləri əhatə etmir, əsl ibadətə əməllər də daxildir (Yaq. 2:26). İnsan özünü Yehovaya həsr edəndə söz verir ki, həyatın hər sahəsində Ona bir Hökmdar kimi tabe olacaq və adına dərin ehtiram bəsləyəcək. Yadınızdadırsa, İsa üçüncü sınaq vaxtı Şeytana verdiyi cavabda ibadəti Allaha qulluq etməklə əlaqələndirmişdi (Mət. 4:10). Yehovaya ibadət edən bizlər üçün Ona qulluq və ya xidmət etmək böyük şərəfdir * (Qan. 10:12). Biz ibadətimizlə bilavasitə bağlı olan və fədakarlıq tələb edən işlərdə iştirak etməklə Allahımıza xidmət edirik. Gəlin görək söhbət hansı işlərdən gedir.

Xidmətin müxtəlif növləri var və onların hər biri Yehova üçün dəyərlidir. Biz insanlara şəhadət verəndə, ibadət evində keçirilən görüşlərdə iştirak edəndə, ibadət yerlərinə qulluq göstərəndə və onların tikintisində iştirak edəndə Allaha xidmət etmiş oluruq. Bundan əlavə ailəvi ibadətdə iştirak etmək, ehtiyac içində olan dindaşlarımıza yardım göstərmək, toplantılarda könüllü kimi çalışmaq, Beyteldə xidmət etmək də bizim Allaha xidmətimizdir (İbr. 13:16; Yaq. 1:27). Pak ibadət ağlımızda və ürəyimizdə ən əsas yeri tutsa, gecə-gündüz Allaha qulluq edəcəyik. Allahımız Yehovaya ibadət etmək bizi bəxtiyar edir! (Vəhy 7:15).

^ İbadət mənasını ifadə edən ibrani sözlərindən biri, həmçinin «qulluq etmək» mənasını da verir. Buna görə də ibadət özünə qulluq və ya xidmət etməyi də daxil edir.