Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 20A

Ölkənin bölünməsi

Ölkənin bölünməsi

Dəqiq ölçülmüş sərhədlər əsirlikdə olan yəhudiləri əmin edirdi ki, onların vətəni mütləq bərpa olacaq. Bu görüntü bizi necə ruhlandırır? Görüntünün iki məqamına diqqət yetirək.

Sabit yer və dəyərli təyinat

Sürgündən qayıdan hər kəs Vəd edilmiş diyarda irs alacaqdı. Bu gün də Yehovanın bütün xidmətçilərinin ruhani cənnətdə yeri var. Təşkilatda gördüyümüz iş nə qədər kiçik olur-olsun, ruhani ölkədə sabit yerimiz və dəyərli təyinatımız var. Yehova üçün bütün xidmətçiləri eyni dərəcədə dəyərlidir.

Bərabər pay

Hizqiyalın aldığı görüntüdə Vəd edilmiş diyarın bütün bölgələrindəki sakinlər ölkənin sərvətlərindən eyni dərəcədə istifadə edə bilərdi. Bu gün də Yehova bütün xidmətçilərinə ruhani cənnətin nemətlərindən eyni dərəcədə yararlanmaq imkanı verir.