Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 16A

Yerusəlim Xristian dünyasını təmsil edir?

Yerusəlim Xristian dünyasını təmsil edir?

Əvvəllər nəşrlərimizdə yazılırdı ki, dönük Yerusəlim Xristian dünyasının timsalıdır. Düzdür, xəyanətkar Yerusəlimdəki vəziyyət, o cümlədən bütpərəstlik və pozğunluq Xristian dünyasında baş verənləri xatırladır. Lakin son illər, əlinizdəki kitab da daxil olmaqla, nəşrlərimizdə, Müqəddəs Kitab əsas vermirsə, peyğəmbərliklərin izahına timsal baxımından yanaşılmır. Yerusəlimin Xristian dünyasının timsalı olduğunu isə söyləməyə Müqəddəs Kitab heç bir əsas vermir.

Növbəti məqamlara nəzər salaq. Yerusəlim bir zamanlar pak ibadətin mərkəzi idi. Onun sakinləri sonralar Allaha asi çıxdı. Xristian dünyası isə heç vaxt Allaha pak şəkildə ibadət etməyib. B. e. IV əsrində əsası qoyulandan Xristian dünyası həmişə yalan təlimlər təbliğ edib.

Həmçinin babillilər Yerusəlimi darmadağın edəndən sonra Yehova şəhərə yenə də lütf göstərdi və şəhər yenidən pak ibadətin mərkəzi oldu. Xristian dünyasına isə Allah heç vaxt lütf göstərməyib. O, böyük müsibətdə məhv ediləcək və bir daha dirçəlməyəcək.

Bundan hansı nəticəyə gəlirik? Xəyanətkar Yerusəlimin üzərində yerinə yetən peyğəmbərlikləri nəzərdən keçirəndə Xristian dünyasında gördüyümüz bəzi şeylər yadımıza düşə bilər. Amma Müqəddəs Kitab Yerusəlimə Xristian dünyasının timsalı kimi baxmağa heç bir əsas vermir.