Kontentə keç

Mündəricatı göstər

BİRİNCİ BÖLMƏ

«Birdən göylər açıldı»

«Birdən göylər açıldı»

HİZQİYAL 1:1

MƏZMUN: Yehovanın yaşadığı aləmə qısaca bir nəzər

İnsan Qadir Allah Yehovanı görüb sağ qala bilməz (Çıx. 33:20). Amma Yehova Hizqiyal peyğəmbərə görüntülər nazil edib ona Öz təşkilatının səmavi hissəsini göstərmişdi. Bu görüntülər qəlbimizi heyrət və ehtiramla doldurur. Həmçinin onların sayəsində yerin-göyün Sahibinə ibadət etməyin necə böyük şərəf olduğunu daha dərindən başa düşürük.

BU BÖLMƏDƏ

FƏSİL 3

«Allahdan nazil olan görüntülər gördüm»

Birinci görüntü Hizqiyalı elə heyrətə salır ki, o, üzüqoylu yerə döşənir. Bu görüntü Allahın bugünkü sadiq xidmətçiləri üçün dərin məna kəsb edir.

FƏSİL 4

Dörd simalı dörd məxluq

Yehova Hizqiyala görüntülər verdi. Bu görüntülər bizə başqa cür dərk edə bilməyəcəyimiz gerçəklikləri başa düşməyə kömək edir.