Kontentə keç

Mündəricatı göstər

İKİNCİ BÖLMƏ

«Müqəddəs məkanımı» ləkələdiniz. Pak ibadət murdarlanır

«Müqəddəs məkanımı» ləkələdiniz. Pak ibadət murdarlanır

HİZQİYAL 5:11

MƏZMUN: Yəhuda və Yerusəlim ruhani və əxlaqi cəhətdən pozulur

Yehova məxsusi xalqı olan israilliləri sevir və onlara qayğı göstərirdi (Çıx. 19:5). Onlar isə Yehovaya şükr etmək əvəzinə Onun adını daşıyan məbəddə yalan allahlara ibadət edirdilər. Onlar Yehovanın ürəyinə yara vurdular, adına ləkə gətirdilər. Nəyə görə İsrail bu dərəcədə yolunu azdı? Hizqiyalın Yerusəlimin məhvi barədə söylədiyi peyğəmbərlikdən nə öyrənə bilərik? İsrailin ətraf xalqlarla münasibətindən özümüzə hansı dərsi götürə bilərik?

BU BÖLMƏDƏ

FƏSİL 5

«Gör orada necə murdar işlər görürlər»

Hizqiyal xalqın ruhani tənəzzülünü əks etdirən dörd dəhşətli səhnənin şahidi olur.

FƏSİL 6

«Sizin axırınız gəlib»

Hizqiyalın göstərdiyi peyğəmbərlik səhnələri Yehovanın Yerusəlimi cəzalandıracağını göstərirdi.

FƏSİL 7

Xalqlar biləcək ki, «Mən Yehovayam»

Yehovanın adına qara yaxan, xalqını təqib edən və pis yola çəkən xalqlar əməllərinin nəticəsini biçəcəkdilər. İsraillilərin o xalqlarla münasibətindən nə öyrənirik?