Kontentə keç

Mündəricatı göstər

Hissə 1

Biz Allahı necə eşidə bilərik?

Biz Allahı necə eşidə bilərik?

Allah bizimlə Müqəddəs Kitab vasitəsilə danışır (2 Timutiyə 3:16).

Həqiqi Allah bəzi insanları Onun fikirlərini xüsusi bir kitabda yazmağa təşviq etmişdi. Bu kitab Müqəddəs Kitab adlanır. Orada vacib məlumat var və Allah istəyir ki, sən onu biləsən.

Bizim üçün nəyin ən yaxşı olduğunu yalnız Allah bilir, axı O, bütün müdrikliyin mənbəyidir. Ona qulaq assan, sən, doğrudan da, müdrik insan olacaqsan (Məsəllər 1:5).

Allah istəyir ki, yer üzündə yaşayan hər bir insan Müqəddəs Kitabı oxusun. Hal-hazırda bu kitab bir çox dillərdə var.

Əgər sən Allahı eşitmək istəyirsənsə, Müqəddəs Kitabı oxumalı və onu başa düşməlisən.

Dünyanın hər yerində insanlar Allah haqqında öyrənirlər (Mətta 28:19).

Yehovanın Şahidləri sənə Müqəddəs Kitabı başa düşməyə kömək edə bilərlər.

Onlar dünyanın hər yerində insanlara Allah haqqında həqiqəti öyrədirlər.

Səndən buna görə pul ödəmək tələb olunmur. Sən Yehovanın Şahidlərinin ibadət yerlərində də Allah haqqında öyrənə bilərsən.