Hissə 9
Yer kürəsi nə zaman Cənnətə çevriləcək?
Yer üzündə bu qədər əzab-əziyyətlərin olması sübut edir ki, Allahın Padşahlığı tezliklə böyük dəyişikliklər edəcək (Luka 21:10, 11; 2 Timutiyə 3:1—5).
Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, bizim günlərdə insanlar pulpərəst, qəddar olacaq, əyləncəni daha çox sevəcək və valideynlərinə qulaq asmayacaqlar.
Həmçinin orada böyük zəlzələlərin, müharibələrin, aclığın olacağı və xəstəliklərin geniş yayılacağı deyilmişdi. Bütün bunların baş verdiyini bu gün biz öz gözlərimizlə görürük.
İsa həmçinin demişdi ki, Padşahlıq haqqında xoş xəbər bütün dünyada təbliğ olunacaq (Mətta 24:14).
2 Butrus 3:13).
Allahın Padşahlığı bütün pislikləri aradan qaldıracaq (Tezliklə Yehova Allah pislərin hamısını məhv edəcək.
Şeytan və onun cinləri öz cəzalarını alacaqlar.
Allaha qulaq asan insanlar sağ qalıb salehliyin hökm sürəcəyi yeni dünyada yaşayacaqlar. Orada qorxu olmayacaq. Bütün insanlar bir-birini sevəcək və bir-birinə etibar edəcəklər.