Kontentə keç

Mündəricatı göstər

Hissə 5

Ümumdünya daşqını. Yehovaya kimlər qulaq asdı, kimlər asmadı?

Ümumdünya daşqını. Yehovaya kimlər qulaq asdı, kimlər asmadı?

Nuhun günlərində yaşayan insanların əksəriyyəti pis işlərlə məşğul olurdu (Yaradılış 6:5).

Adəmlə Həvvanın uşaqları oldu və yer üzündə insanlar çoxaldı. Bir müddətdən sonra bəzi mələklər Şeytanın tərəfini tutdular.

Onlar qadınlarla evlənmək üçün yer üzünə enib insan cildinə girdilər. Bu qadınların qeyri-adi oğulları dünyaya gəldi. Onlar çox güclü və qəddar idilər.

Dünya pislik edən insanlarla doldu. Müqəddəs Kitabda deyilir: «Yehova gördü ki, yer üzündə insanlar tamam pozulub, ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyillidir».

Nuh Allaha qulaq asdı və gəmi tikdi (Yaradılış 6:13, 14, 18, 19, 22).

Nuh yaxşı insan idi. Yehova ona dedi ki, yer üzünə böyük daşqın gətirəcək və pis insanları məhv edəcək.

Həmçinin Allah Nuha tapşırdı ki, böyük gəmi tiksin və onun içinə həm ailəsini, həm də hər növ heyvan yığsın.

Nuh insanlara Daşqının olacağı barədə xəbərdarlıq edirdi, lakin heç kim ona qulaq asmırdı. Bəziləri ona gülür, digərləri isə nifrətlə yanaşırdılar.

Gəmini tikib qurtarandan sonra Nuh heyvanları onun içinə yığdı.