Ön söz
Yaxınlarınızdan kimisə itirmisinizmi?
Hələ də kədər içindəsinizmi?
Kədərə tab gətirməkdə köməyə ehtiyac duyursunuzmu?
Ölənlər üçün hansısa ümid varmı?
Varsa, bu hansı ümiddir?
Bu ümidin həqiqiliyinə necə əmin ola bilərik?
Bu broşürdə bu kimi suallara Müqəddəs Kitabdan təsəlliverici cavablar verilir. Sizi broşürü diqqətlə oxumağa dəvət edirik.