HİSSƏ 3
İnciklik. Şikayətlənməyə əsasımız olanda
«Yığıncağımızda bir bacı haqsız yerə məni ondan pul oğurlamaqda ittiham etdi. Başqaları da bunu biləndə onun tərəfini tutdular. Üstündən bir qədər keçəndən sonra həmin bacı mənə yaxınlaşıb bildirdi ki, bu işdə mənim əlim olmadığı ona məlum olub. Düzdür, o üzr istədi. Amma mənə elə gəlirdi ki, mənə çəkdirdiklərinə görə onu heç vaxt bağışlaya bilməyəcəyəm» (Linda).
BƏLİ, bacının hərəkəti Lindanı sarsıtmışdı. Bəlkə də Lindanın keçirdiyi hisslər sənə də tanışdır. Təəssüflər olsun ki, bəzilərinə yığıncaqdakıların hərəkəti elə pis təsir edir ki, onlar hətta ruhani işlərdən də soyuyurlar. Ola bilsin, səninlə də bu baş verib.
Heç kim bizi «Allahın məhəbbətindən ayıra bilməz»
Müqəddəs Kitabda yazılıb ki, məsihilər bir-birini sevməlidir (Yəhya 13:34, 35). Buna görə də həmimanlımız qəlbimizi qıranda onu bağışlamaq bizə çox çətin ola bilər. Həmimanlımızdan özümüzə qarşı haqsızlıq görəndə güclü məyusluq və qəlb ağrısı keçirə bilərik (Zəbur 55:12).
Müqəddəs Kitabda da deyilir ki, həqiqətən də, bəzi hallarda məsihi özünü elə apara bilər ki, digərinin ondan şikayətlənməyə əsası olar (Koloslulara 3:13). Amma belə vəziyyətlə özümüz üzləşəndə bununla barışmaq çətin gələ bilər. Bu vaxt Müqəddəs Kitabdan olan üç prinsipin bizə köməyi dəyə bilər.
Səmavi Atamız hər şeydən agahdır. Yehova baş verən hər şeyi, eləcə də bizə edilən haqsızlığı və nələr çəkdiyimizi görür (İbranilərə 4:13). Biz əzab çəkəndə O, bizim halımıza yanır (Əşiya 63:9). Yehova yol vermir ki, «dərd-bəla, ağrı-acı», yaxud başqa bir şey, hətta Onun hansısa xidmətçisi bizi Onun məhəbbətindən ayırsın (Romalılara 8:35, 38, 39). Məgər biz də Onun kimi davranmalı deyilik? Bəli, biz yol verməməliyik ki, nəsə, yaxud kimsə Yehova ilə aramıza girsin.
Bağışlamaq səhv hərəkətlə razılaşmaq demək deyil. Bizə qarşı haqsızlıq edənləri bağışlamağımız o demək deyil ki, biz onların hərəkətlərini kiçildirik, onlara bəraət qazandırırıq, üzürlü hesab edirik, yaxud onların hərəkətləri ilə razılaşırıq. Unutma, Yehova heç vaxt günaha bəraət qazandırmır, amma əsas varsa, günahı bağışlayır (Zəbur 103:12, 13; Həbquq 1:13). Yehova istəyir ki, biz də başqalarını bağışlayaq, yəni Onun kimi davranaq. Belə ki, O, «əbədiyyən acıqlı» qalmır (Zəbur 103:9; Mətta 6:14).
Kini ürəyimizdən silmək öz xeyrimizədir. Hansı mənada? Təsəvvür et, yerdən cəmi bir-iki kiloqramlıq daş götürürsən, qollarını irəli uzadıb onu əlində saxlayırsan. Ola bilsin, daşı bir az saxlamaq çətin olmayacaq. Amma çox saxlamaq istəsən, onda necə? Onu əlində nə qədər saxlaya bilərsən: bir neçə dəqiqə? Bir saat? Yoxsa daha çox? Sözsüz ki, qolların yorulacaq. Əslində, daşın çəkisi dəyişmir. Amma onu nə qədər çox saxlasan, o, sənə bir o qədər ağır gələcək. Kin saxlamaq da belədir. Hətta xırda şeyə görə nə qədər çox kin saxlasaq, bir o qədər Məsəllər 11:17).
də özümüzü incidəcəyik. Buna görə də Yehova istəyir ki, biz kini qəlbimizdən silək. Bəli, bu, bizim öz xeyrimizədir («Mənə elə gəlirdi ki, Yehova Özü mənimlə danışır»
Lindaya həmimanlısına bəslədiyi kini ürəyindən silməyə nə kömək etdi? Ən əsası, o, Müqəddəs Yazıları araşdıraraq nəyə görə bağışlamalı olduğu barədə düşündü (Zəbur 130:3, 4). Bir fikir Lindaya xüsusilə təsir etdi. O anladı ki, biz başqalarını bağışlayanda Yehova da bizi bağışlayır (Efeslilərə 4:32—5:2). Öyrəndiklərinin ona necə təsir etməsi barədə o deyir: «Mənə elə gəlirdi ki, Yehova Özü mənimlə danışır».
Bir qədər sonra Linda kini ürəyindən qoparıb ata bildi. O, həmin bacını ürəkdən bağışladı. İndi onlar yaxın rəfiqədirlər. Linda Yehovaya xidmətini davam etdirir. Əmin ol ki, Yehova sənə də kömək etmək istəyir.