Mark 16:1—20

16  Şənbə keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Salome ətirli ot alıb onun bədənini yağlamağa gəldilər.  Həftənin ilk günü* səhər tezdən gün çıxan kimi, onlar sərdabəyə gəldilər.  Qadınlar bir-birinə deyirdilər: «Sərdabənin ağzındakı daşı bizim üçün qırağa kim çəkəcək?»  Onlar baxıb gördülər ki, daşı qırağa diyirləyiblər, halbuki daş çox yekə idi.  Onlar sərdabəyə girəndə gördülər ki, sağ tərəfdə ağ xələt geymiş bir gənc oturub. Qadınlar donub qaldılar.  Gənc onlara dedi: «Təəccüblənməyin. Bilirəm, siz edam edilmiş nazaretli İsanı axtarırsınız. O, burada yoxdur. O dirilib. Buyurun, onun qoyulduğu yerə baxın.  Sonra gedin, onun şagirdlərinə və Peterə belə deyin: “O, sizin qabağınızca Qalileyaya gedir. Özünün sizə dediyi kimi, onu orada görəcəksiniz”».  Qadınlar sərdabədən çıxıb qaça-qaça getdilər. Onlar çox həyəcanlı idilər və qorxudan tir-tir əsirdilər. Onlar heç kəsə heç nə demədilər, çünki bərk qorxmuşdular.* QISA YEKUN Onlar aldıqları əmrləri Peterin yanındakılara qısaca nəql etdilər. Bundan sonra İsanın özü əbədi xilas haqqında müqəddəs ölməz xəbəri onların vasitəsilə şərqdən qərbədək göndərdi. UZUN YEKUN  İsa həftənin ilk günü səhər tezdən dirilib əvvəlcə içindən yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü. 10  Qadın gedib bunu şagirdlərə danışdı. Onlar yas tutub ağlaşırdılar. 11  Şagirdlər İsanın dirildiyini Məryəmin onu gördüyünü eşidəndə ona inanmadılar. 12  Bundan sonra İsa iki şagirdinə başqa cilddə göründü. Şagirdlər yolda idilər kəndə gedirdilər. 13  Onlar qayıdıb digər şagirdlərə hər şeyi danışdılar. Amma onlara da inanmadılar. 14  Sonra on bir həvari süfrə arxasında oturarkən İsa onlara göründü onları inanmadıqlarına daş ürəkli olduqlarına görə tənbeh etdi. Çünki onlar İsa diriləndən sonra onu görən şagirdlərə inanmamışdılar. 15  İsa onlara dedi: «Bütün dünyanı gəzin xoş xəbəri aləmə təbliğ edin. 16  İnanıb vəftiz edilən xilas olacaq, inanmayan isə məhkum ediləcək. 17  Bundan əlavə, inananları bu əlamətlər müşayiət edəcək: onlar mənim adımla cinləri qovacaq, əcnəbi dillərdə danışacaq, 18  ilanları əllərinə götürəcək, hətta zəhər içsələr belə, onlara bir şey olmayacaq. Onlar əllərini xəstələrin üzərinə qoyacaq xəstələr sağalacaq». 19  Ağamız İsa bunları deyəndən sonra göyə aparıldı Allahın sağında əyləşdi. 20  Şagirdlər isə gedib hər yerdə təbliğ etdilər. Ağa bu işdə onlara kömək edir, bəyan etdikləri xəbəri müxtəlif əlamətlərlə dəstəkləyirdi.

Haşiyələr

Matta 28:1 haşiyəsinə bax
Eramızın dördüncü əsrində yaşamış alimlər Yeronim və Evsebi həqiqi mətnin «çünki bərk qorxmuşdular» sözləri ilə bitdiyini iddia edirlər. Bəzi əlyazmalara bu ayədən sonra iki yekun — uzun və qısa yekun əlavə edilmişdir. Ancaq bu əlavələr Allahdan ilham almış Müqəddəs Yazıların bir qismi deyillər