Matta 1:1—25
1 İbrahim oğlu, Davud oğlu İsa
Məsihin nəsil şəcərəsi:
2 İbrahim İshaqın atası idi,
İshaq Yaqubun atası idi,
Yaqub Yəhudanın və onun
qardaşlarının atası idi.
3 Yəhuda Tamardan doğulmuş
Peres və Zerahın atası idi.
Peres Hesronun atası idi,
Hesron Ramın atası idi,
4 Ram Amminadabın atası idi,
Amminadab Naxşonun atası idi,
Naxşon Salmonun atası idi.
5 Salmon Rahabdan doğulmuş
Boazın atası idi.
Boaz Rutdan doğulmuş Ovedin
atası idi.
Oved Yeşayın atası idi.
6 Yeşay Davud padşahın atası idi.
Davud Uriyanın arvadından
doğulmuş Süleymanın atası
idi.
7 Süleyman Rehoboamın atası idi,
Rehoboam Abiyanın atası idi,
Abiya Asanın atası idi,
8 Asa Yehoşafatın atası idi,
Yehoşafat Yehoramın atası idi,
Yehoram Uzziyanın atası idi,
9 Uzziya Yotamın atası idi,
Yotam Ahazın atası idi,
Ahaz Xizqiyanın atası idi,
10 Xizqiya Menaşenin atası idi,
Menaşe Amonun atası idi,
Amon Yoşiyanın atası idi,
11 Yoşiya Babilə sürgün dövründə
yaşamış Yexoniyanın və onun
qardaşlarının atası idi.
12 Babilə sürgündən sonra
Yexoniyanın Şealtiel
adında oğlu oldu.
Şealtiel Zərubbabilin atası idi,
13 Zərubbabil Abihudun atası idi,
Abihud Eliakimin atası idi,
Eliakim Azorun atası idi,
14 Azor Sadokun atası idi,
Sadok Aximin atası idi,
Axim Elihudun atası idi,
15 Elihud Eleazarın atası idi,
Eleazar Mattanın atası idi,
Mattan Yaqubun atası idi,
16 Yaqub Məryəmin əri Yusifin
atası idi. Məryəmdən də
Məsih adlanan İsa doğuldu.
17 Beləliklə, İbrahimdən Davuda qədər on dörd nəsil, Davuddan Babilə sürgünə qədər on dörd nəsil və Babilə sürgündən Məsihə qədər on dörd nəsil olmuşdur.
18 İsa Məsih belə doğulub: onun anası Məryəm Yusifə nişanlı idi. Lakin onlar evlənməmişdən qabaq məlum oldu ki, Məryəm müqəddəs ruh vasitəsilə hamilədir.
19 Onun əri Yusif saleh bir adam idi və Məryəmi camaatın qarşısında rüsvay etmək istəmirdi. Buna görə də onu gizlicə boşamaq qərarına gəldi.
20 Yusif bu haqda götür-qoy edib bir qərara gələndən sonra Yehovanın* mələyi ona yuxuda göründü və dedi: «Davud oğlu Yusif! Arvadın Məryəmi evinə gətirməyə qorxma, çünki o, bətnindəki uşağa müqəddəs ruh vasitəsilə hamilə qalıb.
21 Məryəm bir oğlan uşağı doğacaq, uşağın adını İsa* qoyarsan, çünki o, xalqını günahlardan xilas edəcək».
22 Bütün bunlar Yehovanın Öz peyğəmbəri vasitəsilə dediyi söz yerinə yetsin deyə baş vermişdir:
23 «Bakirə qız hamilə qalıb bir oğul doğacaq və onun adını İmmanuel qoyacaqlar». Bu da «Allah bizimlədir» deməkdir.
24 Sonra Yusif yuxudan oyandı. O, Yehovanın mələyinin buyurduğu kimi etdi və arvadını evinə gətirdi.
25 Lakin uşaq doğulana kimi, Yusif Məryəmlə yaxınlıq etmədi; uşaq dünyaya gələndə onun adını İsa qoydu.
Haşiyələr
^ Yehova. Allahın adı. Qədim ibrani dilində havah felindən düzələrək «olmasına səbəb olan» mənasını verir. «Yehova» adı bütün vədlərini yerinə yetirən, məqsədlərinə nail olan Allahın şəxsiyyətini açıqlayır. 1–ci Əlavəyə bax
^ İbranicə «Yeşua», mənası «Yehova xilasdır»