A2
Bu nəşrin xüsusiyyətləri
Əlinizdə tutduğunuz bu nəşr ingilis dilində «New World Translation» adlanan tərcüməyə əsaslanıb. İlk öncə sizə o tərcümənin tarixi barədə bir neçə kəlmə demək istəyərdik. Əvvəlcə, 1950-ci ildə İncilin tərcüməsi işıq üzü görmüşdür. 1961-ci ildə isə bütövlüklə Müqəddəs Kitabın tərcüməsi çapa buraxıldı. O vaxtdan etibarən, orijinal dillərdən dəqiq və səlis tərcümə olunmuş həmin nəşrin əsasında Allahın Kəlamı daha 120 dilə çevrilmiş və on milyonlarla oxucunun ixtiyarına verilmişdir.
• Bu nəşrin xüsusiyyətləri:
Bu nəşrdə bir neçə növ haşiyədən istifadə edilmişdir:
-
«Yaxud» İbrani, arami və yunan mətninin ümumən eyni məna verən alternativ tərcümə variantı (Yaradılış 1:2, «ruh» sözünə verilən haşiyə; Yuşə 1:8, «oxu»).
-
«Digər variant» Mətnin fərqli məna verən digər tərcümə variantı (Yaradılış 21:6, «mənimlə birgə güləcək»; Zəkəriyyə 14:21, «kənani»).
-
«Hərfən» İbrani, arami və yunan dilindən ifadənin hərfi tərcüməsi, və ya əsas mənası (Yaradılış 3:15, «övlad», Yaradılış 6:9, «yeriyirdi»).
-
İzahat Adların mənası (Yaradılış 3:17, «Adəm»; Çıxış 15:23, «Marah»); ölçü vahidlərinin izahatı (Yaradılış 6:15, «qulac»); şəxs əvəzliyinin kimə və ya nəyə aid olduğuna izahat (Yaradılış 49:25, «o»); əlavələrə və ya lüğətə yönəltmə (Yaradılış 37:35, «Məzar»; Mətta 5:22, «Hinnom vadisi»).
Müqəddəs Yazıların mətninin ardınca «Kitablar haqqında məlumat cədvəli», «Sözlər göstəricisi» və «Lüğət» gəlir. Lüğət oxucuya Müqəddəs Kitabdakı müəyyən söz və ifadələrin hansı mənada işləndiyini izah edir. «A əlavəsi»ndə növbəti mövzular yer alır: «Müqəddəs Kitabın tərcümə prinsipləri», «Bu nəşrin xüsusiyyətləri», «Müqəddəs Kitabın səhihliyi barədə», «Tövratda Allahın adı», «İncildə Allahın adı», «Sxem: Yəhuda və İsrail padşahları və peyğəmbərlər», «İsa peyğəmbərin həyatı. Əsas hadisələr». «B əlavəsi»ndə Müqəddəs Kitab araşdırmaçıları üçün xəritələr, sxemlər və digər faydalı məlumat yerləşir.
Hər kitabın əvvəlində fəsillərin məzmunu ayələrlə birlikdə verilib. Hər səhifənin ortasındakı sütunda çarpaz istinadlar gətirilir. Bu istinadlar oxşar fikirlərin olduğu ayələri göstərir.