Çıxış 35:1—35

  • Şənbə ilə bağlı göstərişlər (1—3)

  • Çadır üçün bəxşişlər (4—29)

  • Allah Bəsalil və Öhlüyaba Öz ruhundan verir (30—35)

35  Musa bütün İsrail icmasını toplayıb onlara dedi: «Yehova bu göstərişlərə əməl etməyi əmr edir:+  nə işiniz varsa, altı gün ərzində görün. Yeddinci gün isə müqəddəsdir, Yehovaya həsr olunmuş xüsusi gün, istirahət üçün təyin olunan şənbədir.+ Şənbə günündə iş görən adam öldürülməlidir.+  Şənbə günü heç bir evdə ocaq qalanmamalıdır».  Sonra Musa bütün xalqa xitab edib dedi: «Yehova belə əmr edir:  Yehovaya bəxşiş gətirin.+ Ürəyindən Yehovaya bəxşiş vermək keçən adamlar qoy bunları gətirsin:+ qızıl, gümüş, mis,  göy iplik, bənövşəyi yun, al-qırmızı iplik, zərif kətan, keçi tükü,+  qırmızı boyanmış qoç dərisi, suiti dərisi, akasiya ağacı,  çıraq üçün yağ, məsh yağı və ətirli buxur üçün balzam,+  döşlük və sinəbənd üçün damarlı əqiq daşı və başqa daşlar.+ 10  Aranızdan bacarıqlı+ adamlar gəlsin, Yehovanın tapşırdığı hər şeyi: 11  Müqəddəs çadırı və örtüyünü, qarmaqlarını, çərçivələrini, şüvüllərini, sütunlarını, oyuqlu altlıqlarını; 12  Şəhadət sandığını,+ şüvüllərini+, qapağını+ və pərdəni+; 13  masanı+, şüvüllərini və bütün ləvazimatını, hüzur çörəyini+; 14  çıraqdanı+, bütün avadanlığını, çıraqlarını və yağını;+ 15  buxur qurbangahını+ və şüvüllərini; məsh yağını və ətirli buxuru+; çadırın giriş pərdəsini; 16  yandırma qurbanı üçün qurbangahı+ və mis şəbəkəni, şüvüllərini və bütün avadanlığını; çəni və altlığını;+ 17  həyətin parça çəpərini,+ dirəklərini və oyuqlu altlıqlarını; həyətin giriş pərdəsini; 18  çadırın və həyətin mıxlarını və onların iplərini;+ 19  müqəddəs məkanda xidmət zamanı geyiləcək zərif toxunuşlu geyimləri,+ kahin Harunun müqəddəs geyimlərini+ və oğullarının kahinlik paltarlarını hazırlasınlar». 20  Bundan sonra bütün İsrail icması Musanın yanından getdi 21  və ürəyindən keçən hər kəs Hüzur çadırı, oradakı xidmət və müqəddəs geyimlər üçün Yehovaya bəxşişlər gətirdi.+ 22  Kişili-qadınlı, ürəyi sövq edən hər kəs sancaqlar, sırğalar, üzüklər və başqa ləl-cəvahirat, eləcə də cürbəcür qızıl əşyalar gətirdi. Hər kəs öz qızıl təqdiməsini* Yehovaya təqdim etdi.+ 23  Kimdə göy və al-qırmızı iplik, bənövşəyi yun, zərif kətan, keçi tükü, qırmızı boyanmış qoç dərisi, suiti dərisi var idisə, gətirib verdi. 24  Yehovaya bəxşiş olaraq gümüş və mis gətirənlər də, özündə olan akasiya ağacından iş üçün gətirib təqdim edənlər də var idi. 25  Bacarıqlı qadınların+ hamısı öz əlləri ilə göy və al-qırmızı iplik, bənövşəyi yun və zərif kətan əyirib gətirdilər. 26  Həmçinin ürəyi sövq edən bütün bacarıqlı qadınlar keçi tükü əyirdilər. 27  Ağsaqqallar döşlüyə və sinəbəndə taxmaq üçün damarlı əqiq daşı və başqa daşlar,+ 28  balzam, çıraq üçün yağ, məsh yağı+ və ətirli buxur+ gətirdilər. 29  Kişili-qadınlı, ürəyindən keçən hər kəs Yehovanın Musa vasitəsilə tapşırdığı iş üçün bəxşiş gətirdi. İsraillilər Yehova üçün olan bu təqdimələri könüllü olaraq gətirdilər.+ 30  Sonra Musa israillilərə dedi: «Yehova Yəhuda qəbiləsindən olan Xur oğlu Urun oğlu Bəsalili seçib.+ 31  Ona Öz ruhundan bəxş edib hikmət, dərrakə, bilik verib ki, hər cür işi ustalıqla görə bilsin, 32  gözəlliklər yaratsın, qızıl, gümüş və mislə işləməyi, 33  daş-qaş yonub sağanağa salmağı, ağacdan hər cür əşya düzəltməyi bacarsın. 34  Allah ona və Dan qəbiləsindən olan Əxişama oğlu Öhlüyaba öyrətmək qabiliyyəti verib.+ 35  Onlara bacarıq verib ki,+ əllərindən hər cür sənətkarlıq, naxış işləmə, göy və al-qırmızı ipliklə, bənövşəyi yun və zərif kətanla toxumaq və digər toxuculuq işləri gəlsin. Bu adamlar hər bir işi görəcək, cürbəcür gözəlliklər yaradacaqlar.

Haşiyələr

Yaxud öz qızılını yellətmə təqdiməsi olaraq.