Üzeyir 10:1—44

  • Yadelli arvadlarla bağlı əhd (1—14)

  • Yadelli arvadlar yola salınır (15—44)

10  Üzeyir Allahın evinin qarşısında yerə döşənib ağlaya-ağlaya dua edir,+ xalqın günahını etiraf edirdi. Bu zaman israilli kişilər, qadınlar və uşaqlardan ibarət böyük bir izdiham onun yanına toplaşdı. Hamısı hönkür-hönkür ağlayırdı.  Elam övladlarından+ Yəhyil+ oğlu Səkənya Üzeyirə dedi: «Biz Allahımıza xəyanət etmişik, ətrafımızdakı xalqlardan yadelli arvadlar almışıq.+ Amma hələ də İsrailin ümidi var.  Qoy Yehova ilə əhd bağlayıb+ Allahımızın göstərişinə və Onun əmrlərinə ehtiram bəsləyənlərin göstərişinə əsasən, bütün yadelli arvadlarımızı, onlardan doğulan uşaqlarımızı yola salaq,+ Qanuna riayət edək.  Qalx! Bu işə görə sən məsuliyyət daşıyırsan. Biz də səninləyik, ürəkli ol, işə başla!»  Onda Üzeyir ayağa qalxdı. O, kahinlərin, lavililərin rəhbərlərini və bütün İsraili bu sözə əməl edəcəklərinə and içdirdi.+ Hamısı and içdi.  Üzeyir durub Allahın evinin qarşısından Əlyasib oğlu Yəhukənanın otağına* getdi. Lakin orada nə çörək yedi, nə su içdi, çünki əsirlikdən qayıdanların xəyanətinə görə yas içində idi.+  Sonra Yəhudada və Yerusəlimdə elan edildi ki, bütün əsirlikdən qayıdanlar Yerusəlimə toplaşsınlar.  Başçıların və ağsaqqalların qərarına əsasən, kim üç gün ərzində gəlməsə, onun mal-mülkü müsadirə ediləcək, özü isə əsirlikdən qayıdan xalqın arasından qovulacaq.+  Beləcə, bütün Yəhuda və Binyamin qəbiləsinin kişiləri üç gün ərzində Yerusəlimə toplaşdılar. Doqquzuncu ayın iyirminci günü idi. Bütün xalq Allahın evinin həyətində oturmuşdu. Onlar həm bu məsələyə görə, həm də göydən yağan leysana görə titrəyirdilər. 10  Kahin Üzeyir ayağa qalxdı və onlara dedi: «Siz xəyanət etmisiniz. Yadelli arvadlar alıb+ İsrailin günahlarını artırmısınız. 11  İndi ata-babalarınızın Allahı Yehovanın önündə günahınızı etiraf edin, Onun istədiyi kimi hərəkət edin. Ətraf xalqlardan, yadelli arvadlardan ayrılın».+ 12  Camaat uca səslə dedi: «Sənin sözünə əməl etmək bizim borcumuzdur. 13  Amma adam çoxdur, həm də yağış mövsümüdür, bayırda dayanmaq mümkün deyil. İtaətsizliyimiz o qədər böyükdür ki, bu işi bir-iki günə həll edib qurtara bilmərik. 14  Buna görə qoy başçılarımız bütün xalqı təmsil etsin.+ Vaxt təyin edilsin və şəhərlərimizdə yadelli arvad almış hər adam öz şəhərinin ağsaqqalları və hakimləri ilə gəlsin. Onda bu iş tam həll olunar və biz Allahımızın bizə qarşı qalxmış qəzəbini yatırarıq». 15  Amma Asail oğlu Yonatan və Tiqva oğlu Yəhziyyə buna qarşı çıxdı, lavili Məşullamla Şəbtay+ da onlara dəstək oldu. 16  Əsirlikdən qayıtmış camaat bu sözə əməl etdi. Onuncu ayın birinci günündə kahin Üzeyir və adbaad seçilmiş bütün nəsil başçıları bu işi araşdırmaq üçün təklikdə görüşdülər. 17  Onlar birinci ayın birinci gününə qədər yadelli arvad almış bütün kişilərin işinə baxıb qurtardılar. 18  Məlum oldu ki, kahin oğullarından da bəziləri yadelli arvad almışlar.+ Bunlar Yəhusadiq oğlu Yeşunun+ oğullarından və qardaşlarından Məseyyə, Əlyəzər, Yarib və Qədali idi. 19  Onlar söz verdilər ki, arvadlarını yola salacaqlar və təqsirli olduqları üçün bu günaha görə sürüdən bir qoç təqdim edəcəklər.+ 20  Yadelli arvad alanlar bunlar idi: İmmir övladlarından+ Hənani və Zəbədya; 21  Harim övladlarından+ Məseyyə, İlyas, Şəmay, Yəhyil və Üziyyə; 22  Fəşhur övladlarından+ İlyənay, Məseyyə, İsmayıl, Nəsnail, Yuzabad və İlyasah; 23  lavililərdən Yuzabad, Şimay, Qəlyah (Qalit), Fəthi, Yəhuda və Əlyəzər; 24  məzmur oxuyanlardan Əlyasib; darvaza keşikçilərindən Səllum, Tələm və Ur. 25  İsraillilərdən, Faruş övladlarından+ Ramyay, İzziya, Məlkiyyə, Miyəmin, Əlyazar, Məlkiyyə və Bənayi; 26  Elam övladlarından+ Mətənyah, Zəkəriyyə, Yəhyil+, Əbdə, Ərəmut və İlyas; 27  Zəttu övladlarından+ İlyənay, Əlyasib, Mətənyah, Ərəmut, Zəbad və Əzza; 28  Bəbay övladlarından+ Yəhukənan, Hənaniyyə, Zəbbay və Atlay; 29  Bənni övladlarından Məşullam, Məllux, Aday, Yəşub, Şial və Ərəmut; 30  Fəhat-Muab övladlarından+ Adna, Kəlal, Bənayi, Məseyyə, Mətənyah, Bəsalil, Bənya və Mənəssə; 31  Harim övladlarından+ Əlyəzər, İşyah, Məlkiyyə+, Şəmay, Şəmun, 32  Binyamin, Məllux və Şimray; 33  Həşum övladlarından+ Məttənay, Mattata, Zəbad, Əlfəlit, Ərəmi, Mənəssə və Şimay; 34  Bənni övladlarından Maadday, İmran, Üyil, 35  Bənayi, Bədyah, Kəluhi, 36  Bənyah, Mərimut, Əlyasib, 37  Mətənyah, Məttənay və Yəsay; 38  Bənya övladlarından Şimay, 39  Şələmya, Natan, Aday, 40  Məhnədbay, Şaşay, Şaray, 41  Əzaril, Şələmya, Şimray, 42  Səllum, Əmariyyə və Yusif; 43  Nəba övladlarından Yaəl, Məttəsyah, Zəbad, Zəbin, Yadday, Yuil və Bənayi. 44  Bunların hamısı yadelli arvad almışdı.+ Onlar arvadlarını oğulları ilə birgə yola saldılar.+

Haşiyələr

Yaxud yemək otağına.