Üzeyir 2:1—70

  • Sürgündən qayıdanların siyahısı (1—67)

    • Məbəd qulluqçuları (43—54)

    • Süleymanın nökərlərinin nəsli (55—57)

  • Məbəd üçün könüllü təqdimələr (68—70)

2  Bunlar sürgündə olanların arasından qayıdan əyalət sakinləridir.+ Onları Babil padşahı Navuxodonosor Babilə sürgünə aparmışdı.+ Sonralar isə onlar Yerusəlimə və Yəhudaya, hər kəs öz şəhərinə qayıtmışdı.+  Onlar Zərubabil+, Yeşu,*+ Nəhəmya, Sərəyah, Rəlay, Mərdəhay, Bilşən, Mispar, Bəqvay, Rəhum və Bəənnah ilə birgə qayıtmışdılar. İsrailli kişilərin sayı:+  Faruş övladları 2172 nəfər;  Şəfətay övladları 372 nəfər;  Ərah+ övladları 775 nəfər;  Yeşu və Yuab nəslindən Fəhat-Muab övladları+ 2812 nəfər;  Elam övladları+ 1254 nəfər;  Zəttu övladları+ 945 nəfər;  Zəkkay övladları 760 nəfər; 10  Bənni* övladları 642 nəfər; 11  Bəbay övladları 623 nəfər; 12  Əzcad övladları 1222 nəfər; 13  Əduniqam övladları 666 nəfər; 14  Bəqvay övladları 2056 nəfər; 15  Adhin övladları 454 nəfər; 16  Hizqiyyə nəslindən Atir övladları 98 nəfər; 17  Bisay övladları 323 nəfər; 18  Yurah* övladları 112 nəfər; 19  Həşum övladları+ 223 nəfər; 20  Cabbar* övladları 95 nəfər; 21  Beytləhm sakinləri 123 nəfər; 22  Nətufah sakinləri 56 nəfər; 23  Ənatut sakinləri+ 128 nəfər; 24  Əzmut sakinləri 42 nəfər; 25  Kiryat-Yarim, Kəfirə və Biirot sakinləri 743 nəfər; 26  Rama+ və Giba+ sakinləri 621 nəfər; 27  Mihmas sakinləri 122 nəfər; 28  Beytel və Ay+ sakinləri 223 nəfər; 29  Nəba sakinləri+ 52 nəfər; 30  Məğbiş sakinləri 156 nəfər; 31  o biri Elamın nəslindən olanlar 1254 nəfər; 32  Harim övladları 320 nəfər; 33  Lod, Hədid və Unuh sakinləri 725 nəfər; 34  Əriha sakinləri 345 nəfər; 35  Sənah sakinləri 3630 nəfər. 36  Kahinlər:+ Yeşu+ nəslindən Yaday+ övladları 973 nəfər; 37  İmmir övladları+ 1052 nəfər; 38  Fəşhur övladları+ 1247 nəfər; 39  Harim övladları+ 1017 nəfər. 40  Lavililər:+ Xudaviyyə nəslindən Yeşu və Qədmail övladları+ 74 nəfər. 41  Məzmur oxuyan+ Asəf övladları+ 128 nəfər. 42  Darvaza keşikçilərinin nəslindən+ Səllum övladları, Atir övladları, Təlmun+ övladları, Aqqub+ övladları, Xətit övladları, Şubay övladları, cəmi 139 nəfər. 43  Məbəd qulluqçuları:+ Ziha oğulları, Həsuf oğulları, Təbaut oğulları, 44  Qiruz oğulları, Siyah oğulları, Fədun oğulları, 45  Ləbən oğulları, Haqab oğulları, Aqqub oğulları, 46  Həqab oğulları, Salmay oğulları, Hənan oğulları, 47  Qiddil oğulları, Qahar oğulları, Rəya oğulları, 48  Rəsin oğulları, Naqud oğulları, Qəzzəm oğulları, 49  Üzza oğulları, Fasih oğulları, Bişay oğulları, 50  Əsna oğulları, Məunim oğulları, Nəfisim oğulları, 51  Bağbuq oğulları, Haquf oğulları, Xarxur oğulları, 52  Bəslut oğulları, Məhid oğulları, Xərşa oğulları, 53  Bərquz oğulları, Sisar oğulları, Təmah oğulları, 54  Nazi oğulları, Hatif oğulları. 55  Süleymanın nökərlərinin nəsli: Sutay oğulları, Söfrət oğulları, Fərud oğulları,+ 56  Yalah oğulları, Dərqun oğulları, Qiddil oğulları, 57  Şəfətay oğulları, Xəttil oğulları, Fükrat-Həzzəbayim oğulları, Ami oğulları. 58  Məbəd qulluqçuları və Süleymanın nökərlərinin nəslindən olanlar, cəmi 392 nəfər. 59  Təl-Məlahdan, Təl-Hərşədən, Kərrubdan, Əddundan və İmmirdən gəlmiş, ancaq mənşələrini, hansı nəsildən olduqlarını və İsrail xalqından olub-olmadıqlarını sübut edə bilməyənlər bunlardır:+ 60  Dəlay övladları, Tubiyyə övladları, Naqud övladları, cəmi 652 nəfər. 61  Kahinlər nəslindən: Habay oğulları, Həqquz oğulları+, giladlı Bərzillayın qızlarından arvad alıb onların adını götürən Bərzillay oğulları+. 62  Bu adamlar hansı nəsildən olduqlarını müəyyən etmək üçün nəsillərinin adını nəsil şəcərələrində axtardılar, lakin tapmadılar. Buna görə də kahinlikdən məhrum oldular.+ 63  Vali* onlara dedi ki, Urim və Tummim* atan kahin+ olmayınca onlar son dərəcə müqəddəs yeməklərdən yeyə bilməzlər.+ 64  Bütün camaatın sayı 42 360 nəfər idi.+ 65  Bunlardan başqa 7337 nəfər qul-qarabaş, 200 nəfər kişi və qadın müğənni var idi. 66  Onların 736 atı, 245 qatırı, 67  həmçinin 435 dəvəsi və 6720 eşşəyi var idi. 68  Onlar Yehovanın Yerusəlimdəki evinə gəlib çatanda nəsil başçılarından bəziləri Allahın evini əvvəlki yerində+ tikmək üçün könüllü təqdimələr verdilər.+ 69  Onlar imkanlarına görə bu iş üçün olan xəzinəyə 61 000 qızıl dirhəm*, 5000 gümüş mina*+ və 100 dəst kahin libası verdilər. 70  Beləcə, kahinlər, lavililər, xalqın bir qismi, məzmur oxuyanlar, darvaza keşikçiləri, məbəd qulluqçuları və qalan israillilər öz şəhərlərində məskunlaşdılar.+

Haşiyələr

Hq 1:1 və Zk 3:1 ayələrində Yuşə.
Nə 7:15 ayəsində Bənya.
Nə 7:24 ayəsində Xarif.
Nə 7:25 ayəsində Gibyon.
Yaxud tirşata. Fars imperiyasında vilayət hakiminin titulu.
Dirhəm, adətən, 8,4 q-lıq fars qızıl darikinə bərabər tutulur. İncildəki dirhəmdən fərqlənir. B14 əlavəsinə bax.
Tövratdakı (İbrani Yazıları) mina 570 q-a bərabərdir. B14 əlavəsinə bax.