Əşiya 1:1—31
1 Yəhuda padşahları+ Üziyyə+, Yutəm+, Əhəz+ və Hizqiyyənin+ dövründə Amuz oğlu Əşiyanın*+ Yəhuda və Yerusəlimlə bağlı aldığı vəhy.
2 Dinləyin, ey göylər, eşit, ey yer!+
Yehova belə deyir:
«Oğullar böyüdüb boya-başa çatdırdım,+Onlar isə Mənə asi çıxdılar.+
3 Öküz yiyəsini,Eşşək sahibinin axurunu yaxşı tanıyır.
Lakin İsrail Məni tanımır,+Mənim Öz xalqım qanmazlıq edir».
4 Bu günahkar xalqın,+Təqsirlər içində batan ümmətin,Bu şər nəslin, pozğun oğulların vay halına!
Onlar Yehovadan uzaqlaşdılar,+İsrailin Müqəddəs Allahına hörmətsizlik etdilər,Ona arxa çevirdilər.
5 Nə qədər döyülmək olar?
Bəsdir üsyan etdiniz!+
Başınızı yara basıb, ürəyiniz azara düşüb.+
6 Təpədən dırnağacan bədəninizdə salamat yer yoxdur.
Yaralarınız, qançırlarınız, yeri soyumamış zədələriniz təmizlənməyib, sarınmayıb,Onlara məlhəm qoyulmayıb.+
7 Ölkəniz viranə qalıb,Şəhərləriniz yandırılıb,Yadellilər gözünüz baxa-baxa yurdunuzu talan edir,+Hər yan xarabalıqdır, sanki, ölkəyə yağılar basqın edib.+
8 Sion qızı üzümlükdəki çardaq,Xiyar bostanındakı koma kimi,Mühasirəyə alınmış şəhər kimi tərk edilib.+
9 Ordular Allahı Yehova* bir neçə adam sağ qoymasaydı,Biz Sədum kimi olardıq,Əmurəyə bənzəyərdik.+
10 Siz, ey zalım Sədum başçıları, Yehovanın sözünə qulaq asın!+
Allahımızın qanununu dinləyin, ey Əmurə sakinləri!+
11 Yehova deyir: «Sizin çoxsaylı qurbanlarınız nəyimə gərəkdir?+
Yandırma qoç qurbanlarından,+ kök heyvanların piyindən+ artıq doymuşam,Buğaların+, quzuların, keçilərin+ qanı+ Mənə xoş deyil.
12 Kim sizdən hüzuruma gəlməyi,+ Məbədimin həyətini tapdalamağı istəyib?+
13 Bəsdir daha mənasız taxıl təqdiməsi gətirdiniz!
Buxur təqdiməniz Məndə ikrah doğurur.+
Təzə ay mərasimləri,+ şənbələr+, toplantılar+...
Təntənəli məclis çağırarkən sehrli qüvvələrə üz tutmağınıza dözə bilmirəm.+
14 Təzə ay mərasimlərinizdən, bayramlarınızdan zəhləm gedir.
Onlar mənim üçün yükə çevrilib,Onları daşımaqdan yorulmuşam.
15 Siz əllərinizi göyə qaldırandaGözlərimi yumuram.+
Nə qədər dua edirsiniz edin,+Sizi eşitmirəm;+Əlləriniz büsbütün qana batıb.+
16 Yuyunub paklanın,+Şər əməllərinizi gözümün önündən uzaqlaşdırın,Pislikdən əl çəkin.+
17 Yaxşılıq etməyi öyrənin, ədalətə can atın,+Zalımı düz yola çəkin,Yetimin haqqını qoruyun,Dul qadına himayədarlıq edin».+
18 Yehova deyir: «Gəlin aramızdakı məsələləri həll edək.+
Günahlarınız al-qırmızı olsa da,Onları qar kimi ağappaq edəcəyəm,+Tünd-qırmızı parça rəngdə olsa da,Onları yun kimi edəcəyəm.
19 İtaətkar olub sözə baxsanız,Torpağın nemətlərindən yeyəcəksiniz.+
20 Yox əgər dikbaşlıq edib sözümə qulaq asmasanız,Qılınc ağzına düşəcəksiniz.+
Bunu deyən Yehovadır!»
21 Gör sadiq şəhər+ necə dönüb fahişə oldu!+
Vaxtilə ədalətin hökm sürdüyü,+Salehliyin məskən saldığı şəhər+İndi qatillər yuvasıdır.+
22 Gümüşünüz zir-zibilə* çevrilib,+Pivənizə su qatılıb.
23 Başçılarınız dikbaşdır, oğrularla əlbirdir.+
Hər biri rüşvət hərisidir, bəxşiş dalınca düşür.+
Yetimin haqqını qorumur,Dul qadın onların qapısına düşə bilmir.+
24 Buna görə Rəbb, ordular Allahı Yehova,İsrailin qüdrətli Allahı bəyan edir:
«Yetər! Əleyhdarlarımdan azad olacağam,Düşmənlərimdən qisas alacağam.+
25 Əlim sənə qarşı qalxacaq,Səni əridib zir-zibildən təmizləyəcəyəm,Bütün qatışığını arıtlayacağam.+
26 Sənə yenə də ilk vaxtlar olduğu kimi hakimlər,Başlanğıcda olduğu kimi, məsləhətçilər verəcəyəm.+
Bundan sonra səni Salehlik şəhəri, Sadiq şəhər adlandıracaqlar.+
27 Sion ədalət sayəsində,Ora qayıdanlar salehlik sayəsində qurtulacaq.+
28 Üsyankarlarla günahkarlar bir vaxtda qırılacaq,+Yehovanı tərk edənlər yox olacaqlar.+
29 Siz sevdiyiniz iri ağaclara görə xəcalət çəkəcəksiniz,+Seçdiyiniz bağlara* görə utanıb yerə girəcəksiniz.+
30 Çünki siz yarpaqları solan böyük ağaca,+Susuz qalan bağa bənzəyəcəksiniz.
31 Güclü adam kətan lifitək,Əməyinin bəhrəsi isə qığılcım kimi olacaq.
İkisi də bir vaxtda alışıb yanacaq,Alovunu söndürən olmayacaq».
Haşiyələr
^ Mənası: Yehovanın verdiyi qurtuluş.
^ Hərfən: posaya (filiz əridiləndə ayrılan qalıq).
^ Görünür, söhbət bütlərə ibadətlə bağlı olan ağac və bağlardan gedir.