Əşiya 11:1—16
11 Yəssənin kötüyündən fidan+ qalxacaq,+Kökündən boy atan pöhrə+ barlı olacaq.
2 Yehovanın ruhu onun üzərində olacaq,+Hikmət+ və dərrakə ruhu,Öyüd-nəsihət və qüdrət+ ruhu,Elm və Yehovadan qorxmaq ruhu onun üzərində olacaq.
3 O, Yehova xofunda+ zövq tapacaq.
Gözlərinin gördüyü ilə hökm etməyəcək,Qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək.+
4 O, fağır-füqəra üçün insafla hökm çıxaracaq.
Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək.
Dünyanı ağzının dəyənəyi ilə vuracaq.+
Şər adamı ağzından çıxan nəfəslə* öldürəcək.+
5 O, belini salehliklə qurşayacaq,Sədaqət onun kəməri olacaq.+
6 Qurdla quzu sülhdə yaşayacaq,+Bəbirlə çəpişyan-yana uzanacaq.
Buzov, aslan və bəslənmiş heyvan bir yerdə olacaq*.+
Onları balaca uşaq otaracaq.
7 İnəklə ayı birgə otlayacaq,Balaları qoşa uzanacaq.
Şir öküz kimi saman yeyəcək.+
8 Südəmər uşaq ilan yuvası üstündə oynayacaq,Süddən kəsilmiş uşaq əlini zəhərli ilanın yuvasına salacaq.
9 Müqəddəs dağımın heç bir yerində onlardan xətər gəlməyəcək,+Heç nəyi tələf etməyəcəklər.+
Çünki sular dənizi doldurduğu kimi,Dünya başdan-başa Yehova barədə biliklə dolacaq.+
10 O gün Yəssənin kökü+ xalqlar üçün nişan kimi duracaq.+
Xalqlar məsləhət üçün onun yanına gələcək,+Onun məkanı əzəmətli olacaq.
11 O gün Yehova Aşşurdan+, Misirdən+, Patrosdan+, Kuşdan+, Elamdan+, Şinardan*, Həməsdən və dənizdəki adalardan+ xalqının sağ qalanlarını qurtarmaq üçün təkrarən, ikinci dəfə əlini uzadacaq.
12 O, xalqlar üçün nişan qoyacaq və İsrailin pərən-pərən düşmüş övladlarını yığacaq,+ Yəhudanın səpələnmiş övladlarını dünyanın dörd bir guşəsindən toplayacaq.+
13 Əfraimin paxıllığı bitəcək,+Yəhudaya ədavət bəsləyənlər qırılacaq.
Əfraim Yəhudaya paxıllıq etməyəcək,Yəhuda da Əfraimə ədavət bəsləməyəcək.+
14 Onlar qərbə, filiştlilərin yamacına hücum edəcək,Birlikdə şərq xalqlarını talan edəcəklər.
Onlar Ədumu+ və Muabı+ məğlub edəcək,Əmunilər onlara tabe olacaq.+
15 Yehova Misir dənizinin körfəzini böləcək*,+Çayı*+ yumruğu ilə hədələyəcək.
Şiddətli nəfəsilə çayın yeddi qolunu vuracaq*,Adamlar onu səndəllə keçəcək.
16 İsrail Misir torpağından çıxdığı gün olduğu kimi,Xalqından sağ qalanlar+ üçün Aşşurdan böyük bir yol açılacaq.+
Haşiyələr
^ Hərfən: ruhla.
^ Digər variant: buzovla aslan bir yerdə yem yeyəcək.
^ Babilistan.
^ Digər variant: qurudacaq.
^ Fərat çayı.
^ Digər variant: çayı yeddi qola ayıracaq.