Əşiya 16:1—14
-
Hökmün davamı (1—14)
16 Seladan səhra yolu iləÖlkənin hökmdarına,Sion qızının dağına qoç göndərin.
2 Muab qızları Ərnun keçidlərində+Yuvasından atılmış quş kimi olacaqlar.+
3 «Məsləhət ver, qərar ver.
Günorta çağı saldığın kölgəni gecə kimi qaranlıq et.
Sürgünləri gizlət, qaçqınları ələ vermə.
4 Ey Muab, qoy sürgünlərim sənin içində yaşasın.
Onları virançılardan hifz et.+
Zülmkarın sonu gələcək,Viranəçilik qurtaracaq.
İnsanları əzib tapdalayanlar yer üzündən yox olacaq.
5 O zaman məhəbbət üzərində taxt qurulacaq.
Davudun çadırında, həmin taxtda oturan sadiq olacaq.+
O, ədalətlə hökm edəcək və saleh işlərdə çevik olacaq».+
6 Muabın təkəbbürü barədə eşitmişik — çox təkəbbürlüdür;+Lovğadır, məğrurdur, hiddətlidir.+
Lakin o, hədər yerə boşboğazlıq edir.
7 Muab Muabdan ötrü ağlayacaq.
Hamısı ağlayacaq.+
Məğlublar Gir-Hərəsətin+ kişmişli kökələrindən ötrü ağlayıb-sızlayacaq,
8 Çünki Həşbunun+ üzümlükləri,Sibmah+ meynəsi quruyub.
Xalqların başçıları onun al-qırmızı budaqlarını* tapdalayıb.
O budaqlar Yaziri haqlamışdı,+Səhraya qədər uzanmışdı.
Şaxələnib dənizə çatmışdı.
9 Buna görə Sibmah meynəsini Yaziri ağladığım kimi ağlayacağam.
Ey Həşbun, ey İlal,+ sizi göz yaşlarımla isladacağam.
Çünki yay meyvəsindən və məhsuldan ötrü ucalan səslər kəsilib*.
10 Bağlardan sevinc, fərəh kəsilib.
Üzüm bağlarından şənlik səsi, şadlıq səsi gəlmir.+
Üzümsıxan daha üzümsıxanda üzüm tapdalamır.
Çünki Mən şadlıq sədalarını kəsdim.+
11 Buna görə içim Muabdan ötrüÇəngin simləritək inləyir,+Qəlbim Gir-Hərəsətdən+ ötrü sızlayır.
12 Muab səcdəgahda özünü yorsa da, gedib müqəddəs yerində dua etsə də, heç bir xeyri olmayacaq.+
13 Bu, Yehovanın Muab haqqında keçmişdə dediyi sözdür.
14 İndi isə Yehova belə deyir: «Muzdurun illəri ilə saysaq, üç ilin içində çəkdiyi müsibətlər Muabın ehtişamını yerə vuracaq. Sağ qalan çox az və əhəmiyyətsiz olacaq».+
Haşiyələr
^ Yaxud al-qırmızı üzümlə dolu budaqlarını.
^ Digər variant: çünki sənin yay meyvənin və məhsulunun üstünə döyüş nərəsi gəlib.