Əşiya 40:1—31
40 Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin.+
2 Yerusəlimin qəlbini ovundurun,Ona bəyan edin ki, icbari xidməti başa çatıb,Təqsirinin haqqı ödənilib.+
Bütün günahlarının cəzasını Yehovadan bütövlüklə alıb».+
3 Çöllükdə kimsə qışqırır:
«Yehova üçün yolu təmizləyin!+
Allahımız üçün səhrada hamar yol+ düzəldin.+
4 Qoy bütün dərələr yüksəlsin,Bütün dağlar, təpələr alçalsın.
Əyri-üyrü torpaq hamar olacaq,Kələ-kötür yerlər düzəngaha dönəcək.+
5 Yehovanın calalı aşkar olacaq,+Bütün bəşər bunu görəcək,+Çünki bunu Yehova deyib».
6 Dinləyin! Biri deyir: «Qışqır!»
O biri soruşur: «Nə qışqırım?»
«Bütün bəşər yaşıl ot kimidir.
Xeyirxahlığı çöl çiçəyinə bənzər.+
7 Yehovanın nəfəsi üzərinə əsir,+Ot quruyur,Çiçəklər solur.+
İnsan da ki yaşıl otdan fərqlənmir.
8 Ot quruyar,Çiçək solar,Lakin Allahımızın sözü əbədi qalar».+
9 Ey Siona müjdə gətirən qadın,+Uca dağa qalx.
Ey Yerusəlimə müjdə gətirən qadın,Səsini ucalt, qorxma, səsini ucalt!
Yəhuda şəhərlərinə elan et: «Budur Allahınız!»+
10 Budur, Külli-İxtiyar Yehova güc-qüdrətlə gəlir,Onun qolu hakimiyyət sürəcək.+
Budur, Onun verəcəyi mükafat yanındadır,Ödəyəcəyi muzd önündədir.+
11 Çoban kimi sürüsünə baxacaq,+Əli ilə quzularını bir yerə toplayacaq,Onları qoynunda aparacaq,Yanıbalalıları nəvazişlə sürəcək.+
12 Kim suyu ovcu ilə ölçüb,+Kim göyləri qarışı ilə ölçüb?
Kim yerin torpağını ölçü qabına yığıb,+Kim dağları, təpələri tərəzidə çəkib?
13 Kim Yehovanın ruhunu ölçüb*?
Kim Ona məsləhət verə bilər?+
14 O nəyi isə anlamaq üçün kimdən kömək istəyib?
Kim Ona ədalət yolunu öyrədir,Kim Ona elm verir,Kim Ona əsl idrak yolunu göstərir?+
15 Xalqlar çəlləkdən daman bir damla su kimidir,Tərəzinin gözündəki toz sayılır.+
Budur, O, adaları toz kimi havaya qaldırır.
16 Hətta Livanın bütün ağacları odu qorumağa çatmaz,Oranın heyvanları yandırma qurbanı üçün bəs eləməz.
17 Bütün xalqlar onun önündə heçdir,+Onlar Onun üçün heç nədir, boş şeydir.+
18 Bəs onda siz Allahı kimə oxşadardınız?+
Onu nəyə bənzədərdiniz?+
19 Usta büt tökür,Zərgər onu qızılla örtür,+Gümüş zəncirlər düzəldir.
20 Təqdimə üçün çürüməyən bir ağac seçir,+Yerində möhkəm duran büt düzəltdirmək üçünMahir usta axtarır.+
21 Məgər xəbərin yoxdur?
Məgər eşitməmisən?
Məgər başlanğıcdan sənə deyilməyib?
Yerin təməli qoyulandan bəri dərk etməmisən?+
22 Yerin dairəsi üzərində Yaşayan var,+Yerin sakinləri isə çəyirtkə kimidir.
O, göyləri zərif parça kimi sərir,Onları yaşayış çadırıtək açır.+
23 O, mənsəb sahiblərini alçaldır,Yerin hakimlərini puç edir.
24 Onlar əkilər-əkilməz,Səpilər-səpilməz,Gövdələri kök atar-atmaz,Üfürən kimi quruyurlar,Külək onları saman kimi sovurur.+
25 O müqəddəs Olan belə deyir: «Məni kimə bənzədərsiniz ki, Məni ona tay tutasınız?
26 Başınızı qaldırıb göylərə baxın,Bütün bunları kim yaradıb?+
Göylərin ordusunu sayı ilə Çıxaran!
O, onların hər birini adı ilə çağırır.+
Onun hədsiz qüvvəsi, möhtəşəm gücü sayəsində+Bircəciyi də əskilmir.
27 Ey Yaqub, ey İsrail, nə üçün deyirsən:
“Yehova nələr çəkdiyimi görmür,Allah məndən ədaləti əsirgəyir?”+
28 Məgər xəbərin yoxdur?
Məgər eşitməmisən?
Yerin hüdudlarını yaradan Yehova əbədiyyən Allahdır.+
O, əsla yorulmur, taqətdən düşmür.+
Onun zəkası ağlasığmazdır.+
29 O, yorğunlara güc,Taqətsizlərə qüvvət verir.+
30 Cavanlar yorular, taqətdən düşər,Cahıllar büdrəyib yıxılar,
31 Amma Yehovaya bel bağlayanların gücü təzələnər.
Qartaltək qanad açıb süzər,+Qaçanda taqətdən düşməz,Yeriyəndə yorulmazlar».+
Haşiyələr
^ Digər variant: dərk edib.