Əşiya 5:1—30

  • Yehovanın üzüm bağı haqqında nəğmə (1—7)

  • Üzüm bağına çıxarılan hökm (8—24)

  • Allah Öz xalqına qəzəblənir (25—30)

5  Qoyun sevgilimə sevgilim barədə,Onun üzüm bağı+ barəsində nəğmə oxuyum. Barlı-bəhərli yamacda sevgilimin üzüm bağı var idi.   O, torpağı belləyib daşlardan təmizlədi. Orada əla qırmızı üzüm əkdi,Bağın ortasında bir qüllə tikdi,Üzüm sıxmaq üçün çala qazdı.+ Ümid edirdi ki, meynə yaxşı üzüm verəcək,Amma meynə cır üzüm verdi.+   «Ey Yerusəlim sakinləri, ey Yəhuda əhli,Mənimlə üzümlüyüm arasında hakim olun.+   Üzümlüyüm üçün eləmədiyim şey qalmadı,+Başqa nə edim? Bəs niyə yaxşı üzüm gözlədiyim yerdəMənə cır üzüm verdi?   İndi gəlin sizə deyimBağımla nə edəcəyəm: Onun çəpərini sökəcəyəm,O yanıb kül olacaq.+ Hasarını yıxacağam,Tapdaq altında qalacaq.   Onu viranəliyə çevirəcəyəm.+ O budanmayacaq, toxalanmayacaq. Onu kol-kos, alaq basacaq.+ Buludlara əmr edəcəyəm, Ora yağış tökməyəcək.+   Ordular Allahı Yehovanın üzüm bağı İsrail evidir,+Mehr saldığı meynəlik Yəhuda xalqıdır. O, ədalət gözləyirdi,+Haqsızlıq gördü,Salehlik gözləyirdi,Fəryad eşitdi».+   Evi evə qatanların,+Tarlanı tarlaya qatanların+ vay halına! Bir qarış da yer qalmayıb,Bu torpaqda sizdən başqa kimsə yaşamır.   Ordular Allahı Yehovanın andını eşitdim: Neçə-neçə imarətlərBoş qalacaq,Viranəliyə çevriləcək.+ 10  On sahə* üzüm bağı cəmi bir bat* üzüm verəcək. Bir homer* toxum cəmi bir efa* məhsul verəcək.+ 11  Səhərin gözü açılmamış içki dalınca düşənlərin,+Gecəyədək şərab içib qızışanların vay halına! 12  Məclislərində çəng, telli alət,Qaval və ney çalınır, şərab paylanır. Lakin Yehovanın işlərinə fikir vermirlər,Əllərinin işini görmürlər. 13  Xalqım Məni tanımadığına görə+Sürgün ediləcək,Adlı-sanlı adamları aclıq çəkəcək,+Camaat susuzluqdan yanacaq. 14  Buna görə Məzar* genişləndi,Ağzını taybatay açdı.+ Şəhərin şan-şərafəti*, səs-küylü əhalisi, kef məclisləriOraya enəcək. 15  Bəni-adəm yerə döşənəcək,Bəni-insan diz çökəcək,Məğrur gözlər yerə dikiləcək. 16  Ordular Allahı Yehova haqq-ədalətilə ucalacaq,Allah, müqəddəs Olan+ ədaləti+ ilə müqəddəsliyini ucaldacaq. 17  Onların otlaqlarında quzular otlayacaq,Bir vaxtlar kök heyvanların məskəni olan viranəlikdə yadellilər yeyib-içəcək. 18  Cinayətini yalan ipləri ilə dartanların,Günahını arabatək çəkənlərin vay halına! 19  Onlar deyirlər: «Qoy tələssin,İşini sürətləndirsin, biz də görək. Qoy İsrailin Müqəddəsinin niyyəti gerçəkləşsin,Biz də bilək!»+ 20  Pisə yaxşı, yaxşıya pis deyənlərin,+Zülmətə nur, nura zülmət deyənlərin,Acıya şirin, şirinə acı deyənlərin vay halına! 21  Öz gözündə hikmətli olanların,Öz gözündə ağıllı olanların vay halına!+ 22  Şərab içməkdə pərgar olanların,İçkini içkiyə qatmaqda usta olanların vay halına!+ 23  Şər adama rüşvətlə haqq qazandıranların,+Salehdən haqq-ədaləti əsirgəyənlərin vay halına!+ 24  Buna görə alov quru otu,Alov dilləri samanı udduğu kimi,Onların da kökü eləcə çürüyəcək. Çiçəkləri toz kimi havaya sovrulacaq. Çünki ordular Allahı Yehovanın qanununu* rədd etdilər,İsrailin Müqəddəsinin sözünə hörmətsizlik etdilər.+ 25  Buna görə Yehova xalqına bərk qəzəblidir,Əlini qaldırıb onu vuracaq.+ Dağlar tir-tir titrəyəcək,Cəsədlər zibil kimi küçənin ortasında qalacaq.+ Yenə də Onun qəzəbi soyumur,Yenə də əlini aşağı salmır. 26  O, uzaqlardakı xalq üçün nişan qoydu,+Dünyanın ucqarlarında yaşayanları fit çalıb səslədi.+ Budur! Onlar qaça-qaça gəlir.+ 27  Onlar yorğun deyil, ayaqları dolaşmır,Heç biri mürgüləmir, yatmır. Bellərində kəmərləri boşalmayıb,Səndəllərinin bağı qırılmayıb. 28  Bütün oxları itidir,Bütün yayları dartılıb. Atlarının dırnaqları çaxmaqdaşı kimi,Arabalarının təkərləri yel kimidir.+ 29  Onların nərəsi aslan nərəsinə,Gənc aslanın nərəsinə bənzəyir.+ Nərə çəkib şikarını qapacaq,Sürüyüb aparacaq, kimsə əlindən almayacaq. 30  O gün onlar şikarın üstündə dəniz kimi nərildəyəcəklər.+ Bu məmləkətə baxan müdhiş zülmət görəcək. Buludlar işığı qaranlığa döndərəcək.+

Haşiyələr

Təx. 4 hektar.
Bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.
Homer 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
İbr. şeol. Lüğətə bax.
Yaxud əsilzadələri.
Yaxud nəsihətini.