Əşiya 55:1—13
55 Ey susayanlar,+ gəlin, gəlin su kənarına!+
Ey pulu olmayanlar, gəlin, götürün, yeyin!
Haydı, gəlin, şərabı, südü pulsuz-parasız alın.+
2 Niyə çörək olmayan şeyə pul verirsiniz,Niyə qazancınızı qarnı doydurmayan şeylərə xərcləyirsiniz?
Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin,+Qoy canınız ləziz təamlardan ləzzət alsın.+
3 Mənə qulaq verin, yanıma gəlin.+
Qulaq asın ki, sağ qalasınız.
Onda sizinlə əbədi əhd bağlayacağam,+Davuda göstərdiyim sarsılmaz məhəbbətlə həmahəng bir əhd.+
4 Budur! Mən onu xalqlara şahid+,Ümmətlərə öndər+ və sərdar+ etmişəm.
5 Budur! Sən tanımadığın xalqı çağıracaqsan.
Xalqın içindən səni tanımayanlar Allahın Yehovanın+,İsrailin Müqəddəsinin xatirinə qaça-qaça yanına gələcək.
Çünki O, səni şan-şöhrətə yüksəldəcək.+
6 Nə qədər ki tapmağa imkan var, Yehovanı axtarın.+
Hələ ki O yaxındadır, Onu çağırın.+
7 Qoy pis adam pis yolunu,Şər adam şər fikirlərini atsın.+
Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər.+
Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər.+
8 Yehova bəyan edir: «Mənim fikirlərim sizin fikirləriniz deyil,+Mənim yollarım sizin yollarınız deyil.
9 Göylər yerdən nə qədər ucadırsa,Mənim yollarım sizin yollarınızdan,Mənim fikirlərim, sizin fikirlərinizdən o qədər ucadır.+
10 Yağış və qar göydən yerə yağır,Torpağı islatmamış, onu barlı-bəhərli etməmiş,Əkinçiyə toxum, yeyənə çörək verməmiş geri qayıtmır.
11 Ağzımdan çıxan söz də belə olacaq.+
O, yanıma əliboş qayıtmayacaq,+Əksinə, istəyimi hökmən həyata keçirəcək,+Onu göndərdiyim məqsədə mütləq nail olacaq.
12 Siz sevinə-sevinə çıxacaqsınız,+Sağ-salamat yurdunuza qayıdacaqsınız.+
Dağlar, təpələr önünüzdə şadlanacaq, sevincdən cuşa gələcək,+Bütün ağaclar əl çalacaq.+
13 Tikan yerinə ardıc ağacı,Gicitkən yerinə mərsin bitəcək.+
Bu, silinməz, əbədi nişan olubYehovaya şan-şöhrət gətirəcək!»+