Əşiya 59:1—21
59 Yehovanın əli zəif deyil ki, xilas edə bilməsin,+Qulağı tutulmayıb ki, eşidə bilməsin.+
2 Öz təqsirləriniz sizi Allahınızdan ayırdı.+
Günahlarınız ucbatından O, sizdən üz döndərdi,Sizi eşitmək istəmir.+
3 Əlləriniz qan içindədir,+Barmaqlarınız günaha bulaşıb.
Dodaqlarınızdan yalan yağır,+ dilinizdən pislik tökülür.
4 Salehliyi çağıran yoxdur,+Doğru niyyətlə məhkəməyə gedən yoxdur.
Onlar boş şeylərə bel bağlayır,+ mənasız sözlər danışırlar.
Ziyana hamilə qalıb zərər doğurlar.+
5 Onlar zəhərli ilanın yumurtaları üstündə kürt oturur,Hörümçək toru hörürlər.+
Yumurtalarını kim yesə ölər,Sınan yumurtadan gürzə çıxar.
6 Onların hördüyü tordan paltar çıxmaz,Düzəltdiklərinə bürünə bilməzlər.+
Əməlləri zərərdir,Əllərində zorakılıq tutublar.+
7 Ayaqları şər dalınca qaçır,Günahsız qan tökməyə tələsirlər.+
Ağıllarında ancaq pislik tutublar,Yollarında ancaq virançılıq, dərd-bəla var.+
8 Sülh yolunu tanımırlar,Cığırlarında ədalət yoxdur.+
Yollarını əyirlər.
Bu yollarla gedən sülh tapmayacaq.+
9 Odur ki, ədalət bizdən gen gəzir,Salehlik bizə yaxın gəlmir.
Hey işıq gözləyirik, amma hər yan qaranlıqdır.
Aydınlıq gözləyirik, amma zülmətdə yeriyirik.+
10 Kor kimi, divardan tuta-tuta gəzirik,Gözü görməyənlər kimi, əllə yoxlaya-yoxlaya gəzirik.+
Günün günorta çağı büdrəyirik, sanki, qaranlıq gecədir.
Qüvvətlilər arasında ölü kimiyik.
11 Hamımız ayı kimi böyürürük,Göyərçintək qəmli-qəmli inləyirik.
Ədalət gözləyirik, lakin görmürük,Nicat gözləyirik, lakin bizdən gen durub.
12 Sənin qarşında asi əməlimiz çoxdur,+Hər günahımız əleyhimizə şəhadət edir.+
Asiliyimiz üstümüzdədir,Təqsirlərimizi yaxşı bilirik.+
13 Biz asi olub Yehovanı inkar etdik,Allahımıza arxa çevirdik.
Zülm etməkdən, üsyandan danışırdıq.+
Fitnə qurub, ürəyimizdən yalan sözlər çıxarırdıq.+
14 Ədalət geri çəkilib,+Salehlik uzaqda durub.+
Haqq meydanda büdrəyir,Doğruluq ora girə bilmir.
15 Həqiqət* qeyb olub,+Pis əməllərdən əl çəkəni soyurlar.
Yehova bunu gördü, çox narazı oldu,Çünki haqq-ədalət tapmadı.+
16 O gördü ki, bir kömək edən yoxdur,Heyrətə gəldi ki, bir qahmar çıxan yoxdur,Buna görə, öz qolu nicat gətirdi,Ədaləti də tərəfində durdu.
17 Sonra O, ədaləti zirehtək geydi,Nicat dəbilqəsini başına qoydu,+Qisas libasını əyninə taxdı,+Qeyrəti əbatək əyninə bürüdü.
18 O, onlara əməllərinin əvəzini verəcək,+Yağılarına qəzəblə, düşmənlərinə qisasla əvəzini verəcək.+
Adaların da haqqını verəcək.
19 Günbatanda Yehovanın adından,Gündoğanda əzəmətindən qorxacaqlar.
Çünki O, gur-gur axan,Yehovanın ruhu ilə axan çay kimi gələcək.
20 Yehova bəyan edir: «Siona,Yaqubun içində asilikdən dönən kəslərin yanına Qurtarıcı+ gələcək».+
21 Yehova deyir: «Onlarla bağladığım əhd budur.+ Üzərində olan ruhum, dilinə qoyduğum sözlər sənin, uşaqlarının, nəvələrinin dilindən götürülməyəcək. İndidən sonsuzadək», — deyir Yehova.
Haşiyələr
^ Yaxud dürüstlük.