Əşiya 65:1—25

  • Yehovanın bütpərəstlərə hökmü (1—16)

    • Bəxt və Tale allahları (11)

    • Mənim qullarım yeyəcək (13)

  • Yeni göylər və yeni yer (17—25)

    • Evlər tikiləcək; bağlar salınacaq (21)

    • Nahaq yerə əlləşməyəcəklər (23)

65  «Məni soraqlamayanlara Məni axtarmağa izin verdim. Məni axtarmayanlara Özümü aşkar etdim.+ Adımı çağırmayan xalqa “Mən buradayam! Mən buradayam!” dedim.+   Bütün günü əlim əyri yolla+ gedən,Öz bildiyini edən+ dikbaş xalqa sarı uzanıb.+   Bu xalq düz üzümə Məni təhqir edir,+Bağlarda qurban gətirir,+ kərpic üstündə qurban tüstüsü təqdim edir.   Qəbirlər arasında otururlar,+Gecəni xəlvət yerlərdə* keçirirlər,Donuz əti yeyirlər,+Qablarındakı murdar ətdən qalan həlimdir.+   Deyirlər: “Uzaq dur, mənə yaxın gəlmə,Mən səndən pakam*”. Belələri burnumda tüstüdür, bütün günü yanan oddur.   Bax, önümdə bu yazılıb. Sakit durmayacağam,Əvəzini verəcəyəm,+Əvəzini artıqlamasıyla verəcəyəm,   Həm özlərinin, həm də ata-babalarının təqsirinə görə»,+ — deyir Yehova. «Çünki onlar dağların başında qurban tüstüsü təqdim edirlər,Təpələrin başında adımı ləkələyirlər.+ Mən, ilk növbədə, onların haqqını verəcəyəm, özü də artıqlamasıyla».   Yehova belə deyir: «Necə ki içində təzə şərab olan salxım üçün deyirlər: “Onu məhv etmə, onda bərəkət var”,Mən də qullarımın xatirinə belə edəcəyəm,Onların hamısını məhv etməyəcəyəm.+   Mən Yaqubdan bir övlad*,Yəhudadan dağlarımın varisini törədəcəyəm.+ Seçilmişlərim oraya sahib olacaq,Qullarım orada məskən salacaq.+ 10  Məni axtaran xalqımın xatirinəŞaron+ qoyun-quzu otlağı,Axor+ dərəsi mal-qaranın dincəldiyi yer olacaq. 11  Siz isə Yehovanı tərk edənlərsiniz,+Müqəddəs dağımı yaddan çıxaran,+Bəxt allahına süfrə açan,Tale allahına şərab süzənlərsiniz. 12  Buna görə, Mən sizi qılınca qismət edəcəyəm,+Hamınız məhv olmaq üçün diz çökəcəksiniz,+Çünki Mən çağıranda cavab vermirdiniz,Mən danışanda qulaq asmırdınız.+ Xoşlamadığım əməlləri görürdünüz,Xoşuma gəlməyən şeyləri üstün tutdunuz».+ 13  Külli-İxtiyar Yehova belə deyir: «Bax, Mənim qullarım yeyəcək, siz isə ac qalacaqsınız.+ Qullarım içəcək,+ siz isə susuzluqdan yanacaqsınız,Qullarım sevinəcək,+ siz isə xəcalət çəkəcəksiniz.+ 14  Qullarım ürək coşqunluğundan hayqıracaq,Sizsə ürək ağrısından qışqıracaqsınız,Ruhunuz əzildiyindən fəğan edəcəksiniz. 15  Özünüzdən sonra qoyduğunuz adla seçilmişlərim lənət edəcək,Külli-İxtiyar Yehova hamınızı öldürəcək,Öz qullarına isə başqa ad verəcək.+ 16  Dünyada özünə xeyir-dua diləyən hər kəsHaqq Allahının adı ilə diləyəcək. Dünyada and içən hər kəsHaqq* Allahının adına and içəcək.+ Köhnə dərdlər unudulacaq,Gözümün qabağından qeyb olacaq.+ 17  Budur, Mən yeni göylər və yeni yer yaradıram,+Köhnə şeylər yada düşməyəcək,Daha xatırlanmayacaq.+ 18  Odur ki, yaratdığım şeylərə görə əbədiyyən sevinin, şadlanın! Çünki Mən Yerusəlimi fərəh qaynağı,Əhlini sevinc mənbəyi olmaq üçün yaradıram.+ 19  Mən Yerusəlimə görə fərəhlənəcəyəm, xalqıma görə sevinəcəyəm.+ Artıq onda ağlaşma, fəryad səsi eşidilməyəcək».+ 20  «Daha orada bir neçə günlük körpələr ölməyəcək,Ahılların ömrü yarıda qırılmayacaq. Yüz yaşında ölən gənc sayılacaq,Günahkar isə yüzyaşlı olsa da, lənətlənəcək*. 21  Onlar evlər tikib içində yaşayacaq,+Üzüm bağları salıb barını yeyəcək.+ 22  Tikdikləri evdə özgələr yaşamayacaq,Əkdiklərinin barını özgələr yeməyəcək. Xalqımın ömrü ağac ömrütək uzun olacaq,+Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq. 23  Onlar nahaq yerə əlləşməyəcək,+Bəla üçün övlad doğmayacaq,Çünki onlar Yehovanın mübarək etdiyi nəsildir,+Övladları da onlarla bahəm.+ 24  Onlar hələ çağırmamış Mən hay verəcəyəm. Onlar hələ danışarkən Mən eşidəcəyəm. 25  Canavar quzu ilə bir yerdə yem yeyəcək,Şir də öküz kimi saman yeyəcək,+İlanın yemi torpaq olacaq. Müqəddəs dağımda heç kimə zərər-ziyan vurulmayacaq»,+ — deyir Yehova.

Haşiyələr

Digər variant: gözətçi komalarında.
Digər variant: yoxsa mənim paklığım sənə keçər.
Hərfən: toxum.
Yaxud güvənc.
Digər variant: yüz yaşına çatmayan adam lənətli sayılacaq.