Əbdiya 1:1—21

  • Təkəbbürlü Ədum alçaldılacaq (1—9)

  • Ədumun Yaquba qarşı zorakılığı (10—14)

  • Yehovanın günü xalqları haqlayacaq (15, 16)

  • Yaqub evinin bərpası (17—21)

    • Yaqub Ədumu yandırıb külə döndərəcək (18)

    • Hakimiyyət Yehovaya məxsus olacaq (21)

 Əbdiyaya* nazil olan vəhy. Külli-İxtiyar Yehova Ədum barədə belə deyir:+ «Bizə Yehovadan xəbər gəldi.Elçi xalqlara bu xəbəri gətirdi: “Qalxın, onunla döyüşə hazırlaşaq!”»+   «Bax, səni xalqlar arasında kiçiltdim.Sənə hədsiz həqarət edilir.+   Ey qaya oyuqlarında,Ey dağların başında yaşayan,Ürəyinin təkəbbürü səni aldatdı!+Ürəyində dedin: “Kim məni yerə sala bilər?”   Qartal kimi yüksəklərdə məskən salsan* belə,Yuvanı ulduzlar arasında qursan belə,Yenə də səni yerə salacağam», — Yehova bəyan edir.   «Əgər gecə oğru-quldur gəlsəydi,(Sən büsbütün məhv olardın!*) Təkcə istədiyini aparmazdı? Üzüm yığanlar gəlsəydi,Bir neçə salxım saxlamazdı?+   Ay aman, Eys ələk-vələk edildi! Gizli xəzinələri talan edildi!   Səni sərhədədək qovdular. Sənin müttəfiqlərin səni aldatdı, Səninlə sülhdə olanlar səni üstələdi. Səninlə çörək kəsənlər ayağının altını qazacaq,Lakin sən bunu anlamayacaqsan».   Yehova bəyan edir: «Mən o günƏdumun+ hikmətli adamlarını,Eysin dağlıq bölgəsində aqilləri məhv edəcəyəm!   Ey Təhman+, igidlərin dəhşətə gələcək,+Çünki Eysin dağlıq bölgəsində hər kəs qətl ediləcək.+ 10  Qardaşın Yaquba edilmiş zorakılığa görə+Sən büsbütün rüsvay olacaqsan,+Əbədilik yox olacaqsan.+ 11  Yadellilər onun ordusunu əsir alanda,+Yadlar darvazalardan içəri girib Yerusəlimdən ötrü püşk atanda,+O gün sən kənarda durub baxırdın,Sən də onlar kimi idin. 12  Sən qardaşının gününə, onun qara gününə necə sevinə bildin?+Yəhuda xalqının qətl gününə necə şadlana bildin?+Onların bəla günündə necə lovğa-lovğa danışa bildin? 13  Xalqımın fəlakət günündə onun darvazalarından necə içəri girə bildin?+Xalqımın fəlakət günündə onun bədbəxtliyinə necə sevinə bildin?Xalqımın fəlakət günündə onun sərvətinə necə əl uzada bildin?+ 14  Qaçanları qırmaq üçün yol ayrıcında necə dura bildin?+Bəla günündə qurtulanları düşmənə necə təslim edə bildin?+ 15  Yehovanın bütün xalqların üstünə qalxacağı gün yaxındır.+ Sən nə etdinsə, sənə də onu edəcəklər.+ Başqalarına etdiyin öz başına gələcək. 16  Siz müqəddəs dağımda şərab içdiyiniz kimi,Bütün xalqlar da durmadan qəzəbimi içəcəklər,+ Başlarına çəkib içəcək və it-bat olacaqlar,Sanki, heç vaxt olmayıblar. 17  Qurtulanlar isə Sion dağında olacaqlar,+Ora müqəddəs olacaq.+Yaqub evi mal-mülkünə sahib olacaq.+ 18  Yaqub evi od,Yusif evi alov olacaq,Eys evi isə küləş.Onlar onu yandırıb külə döndərəcək.Eys evindən heç kim sağ qalmayacaq,+Çünki bunu Yehova söylədi. 19  Onlar Negevə, Eysin dağlıq bölgəsinə+,Şəflaya və filiştlilərin* torpaqlarına+ sahib olacaqlar. Həm də Əfraimlə Səməriyyə torpaqlarına+ sahib olacaqlar.Binyamin isə Gilad torpaqlarına sahib olacaq. 20  Səddin arxasından sürgün edilmiş+ israillilərKənanilərin Sarfata qədər uzanan torpaqlarına yiyələnəcəklər.+ Yerusəlimdən sürgün edilib Səfradda olanlar Negevin şəhərlərini tutacaqlar.+ 21  Xilaskarlar Eysin dağlıq bölgəsini məhkum etmək+ üçünSion dağına qalxacaq.Hakimiyyət Yehovaya məxsus olacaq».+

Haşiyələr

Mənası: Yehovanın qulu.
Digər variant: uçsan.
Digər variant: nə qədər şey məhv edərdi?
Bəzi mənbələrə əsasən, filistimlilər.