Ərəmya 10:1—25
10 Ey İsrail evi, Yehovanın əleyhinizə dediyi sözü eşidin.
2 Yehova belə deyir:
«Xalqların yolu ilə getməyin,+Başqa xalqlar kimi,Göydəki əlamətlərdən dəhşətə gəlməyin.+
3 Xalqların adətləri puçdur.
Bir nəfər meşədə ağac kəsir,Sonra sənətkar öz aləti ilə onu yonub-düzəldir.+
4 Qızıl-gümüşlə onu bəzəyirlər,+Çəkiclə, mıxla bərkidirlər ki, yıxılmasın.+
5 Bu bütlər xiyar bostanındakı müqəvva kimi danışa bilmir,+Onları daşıyırlar, çünki özləri yeriyə bilmir.+
Onlardan qorxmayın, çünki nə pislik edə bilirlər,Nə də yaxşılıq».+
6 Ey Yehova, Sənin mislin yoxdur.+
Sən ulusan, adın ucadır, əzəmətlidir.
7 Ey xalqların Hökmdarı,+ kim Səndən qorxmaz? Başqa cür ola bilməz.Bütün dünya səltənətlərinin müdrikləri arasındaSənə tay yoxdur.+
8 Onların hamısı ağılsızdır, axmaqdır.+
Ağac parçasının verdiyi nəsihət boşdur.+
9 Tarşişdən+ gümüş lövhələr, Üfəzdən qızıl gətirilir,Sənətkar, zərgər onları taxtanın üstünə çəkir.
Bu bütlərə göy iplikdən, bənövşəyi yundan paltar geyindirilir.
Onların hamısı sənətkarın əl işidir.
10 Amma Yehova tək bir Allahdır.
O, var olan Allahdır,+ əbədi hökmdardır.+
Onun qəzəbindən yer üzü titrəyəcək,+Hiddəti qarşısında heç bir xalq dura bilməyəcək.
11 * Onlara belə de:
«Yeri-göyü yaratmayan allahlarYer üzündən, göylər altından yox olacaq».+
12 Odur yeri qüdrətilə xəlq edən,Torpağı hikmətilə yaradan,+Göyləri zəkası ilə yayan.+
13 Səsini çıxarandaGöylərdəki sular çağlayır.+
O, yerin ucqarlarından bulud qaldırır,+
Yağış üçün şimşək çaxdırır*,Anbarlarından külək çıxarır.+
14 Hər kəs axmaqlıq, cahillik edir.
Sənətkar düzəltdiyi bütə görə utanacaq.+
Çünki tökdüyü büt yalandır,Onda nəfəs yoxdur.+
15 Bütlər puçdur, gülünc şeydir.+
Haqq-hesab günündə hamısı məhv olacaq.
16 Yaqubun Nəsibi isə onlara bənzəməz,Çünki hər şeyə O surət verib,İsrail Onun irsinin əsasıdır.+
Adı ordular Allahı Yehovadır.+
17 Ey mühasirədə olan qadın,Yerdən boğçanı götür.
18 Yehova belə deyir:
«Bu dəfə ölkənin sakinlərini kənara tullayacağam,+Onlara əzab çəkdirəcəyəm».
19 Vay halıma, dərdim böyükdür,+
Yaram sağalmazdır.
Dedim: «Bu dərd mənimdir, özüm çəkməliyəm.
20 Çadırım uçub, ipləri qırılıb.+
Övladlarım məni tərk edib, artıq yoxdurlar.+
Çadırımı quran, parçalarını qaldıran kimsə qalmayıb.
21 Çünki çobanlar axmaqlıq etdi,+Yehovaya üz tutmadı.+
Beləcə ağılsız davrandılar,Sürüləri pərən-pərən oldu».+
22 Dinləyin, xəbər var!
Şimal ölkəsindən güclü gurultu gəlir,+Yəhuda şəhərlərini xaraba qoyacaq, onları çaqqal yuvasına döndərəcək.+
23 Yehova, bilirəm ki, insanın yolu öz əlində deyil,
Addımlarını yönəltmək insanın ixtiyarında deyil.+
24 Ey Yehova, məni ədalətinlə tərbiyə et,Qəzəbinlə yox,+ yoxsa heç olaram.+
25 Qəzəbini Səni tanımayan xalqların,+Adını çağırmayan tayfaların üzərinə yağdır.
Onlar Yaqub nəslinin axırına çıxdılar,+Onu məhv etdilər, kökünü kəsdilər,+Onun yurdunu viranə qoydular.+
Haşiyələr
^ Orijinal mətndə 11-ci ayə arami dilində yazılıb.
^ Digər variant: yağış üçün qapılar düzəldir.