Ərəmya 18:1—23
18 Ərəmyaya Yehovanın sözü nazil oldu:
2 «Qalx, dulusçunun evinə get.+ Orada səninlə danışacağam».
3 Mən də dulusçunun evinə getdim. O, çarxda işləyirdi.
4 Gildən düzəltdiyi qab əlində xarab oldu. Onda o, həmin gildən istədiyi kimi, başqa bir qab düzəltdi.
5 Bu vaxt mənə Yehovanın sözü nazil oldu:
6 «Ey İsrail evi, Mən sizinlə dulusçu kimi rəftar edə bilmərəm? — bəyan edir Yehova. — Gil dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə beləsiniz, ey İsrail evi.+
7 Mən hansısa xalqı, səltənəti kökündən qoparacağımı, yıxıb məhv edəcəyimi deyəndə+
8 həmin xalq dediyim mənfur əməldən əl çəkərsə, onun üstünə gətirmək istədiyim fəlakətdən vaz keçərəm.+
9 Amma hansısa xalqı, səltənəti qurub tikəcəyimi deyəndə
10 həmin xalq bəyənmədiyim pis işlər görsə, Mənə qulaq asmasa, ona etmək istədiyim yaxşılıqdan vaz keçərəm.
11 İndi Yəhuda camaatına, Yerusəlim əhlinə söylə ki, Yehova belə deyir: “Üstünüzə fəlakət gətirmək niyyətindəyəm, əleyhinizə tədbir tökürəm. Dönün pis yolunuzdan, dəyişin, əməllərinizi düzəldin”».+
12 Amma onlar dedilər: «Yox, xeyri yoxdur!+ İstədiyimizi edəcəyik, inadla qara ürəyimizə görə hərəkət edəcəyik».+
13 Buna görə də Yehova deyir:
«Xalqlardan soruşun,
Görün belə bir şey eşidiblər?
Bakirə İsrail çox dəhşətli iş tutub.+
14 Heç Livanın dağ yamaclarından qar əskik olar?
Uzaqlardan axan soyuq sular quruyar?
15 Amma xalqım Məni unudub.+
Puç şeylərə qurban gətirir.+İnsanları öz yollarından, qədim yollardan sapdırıb,+Nahamar, kələ-kötür cığırlara çıxarır.
16 Odur ki, onların ölkəsi dəhşətli hala düşəcək,+Həmişə ona baxıb fit çalacaqlar.+
Yoldan keçən hər kəs bu mənzərədən sarsılacaq, başını bulayacaq.+
17 Səmum yelinin sovurduğu saman kimi, onları düşmən qarşısında səpələyəcəyəm.
Fəlakət günündə onlara üzümü yox, kürəyimi çevirəcəyəm».+
18 Onlar dedi: «Gəlin Ərəmyaya qəsd quraq.+ Onsuz da kahinlərimizdə qanun, müdriklərimizdə məsləhət, peyğəmbərlərimizdə söz heç vaxt əskik olmayacaq. Gəlin onun əleyhinə danışaq, heç bir sözünə fikir verməyək».
19 Mənə nəzər sal, ey Yehova,Müxaliflərimin sözlərini eşit.
20 Yaxşılığa yamanlıqla cavab verilərmi?
Onlar mənə quyu qazırlar.+
Yada sal, Sənin onlara qarşı qəzəbini yatırmaqçünDəfələrlə hüzurunda durub onların xeyrinə danışmışam.
21 Buna görə oğullarını aclığa məhkum et,Qılıncın ağzına ver.+
Qoy arvadları övladsız qalsın, dul qalsın.+
Kişiləri mərəzdən qırılsın,Cavanları döyüş meydanında qılıncdan keçirilsin.+
22 Üstlərinə qəfildən quldur göndər,Qoy evlərindən fəryad eşidilsin,
Çünki məni ələ keçirmək üçün quyu qazıblar,Yolumda tələlər qurublar.+
23 Sən, ey Yehova,Məni öldürməkçün qurduqları qəsdlərdən agahsan.+
Onların təqsirini bağışlama,Günahlarını önündən silmə.
Qəzəblə onlara qarşı ölçü götürəndəQoy qarşında büdrəsinlər.+