Əstər 4:1—17

  • Mərdəhay dərd içində (1—5)

  • Mərdəhay Əstərə şahın yanına getməyi tapşırır (6—17)

4  Mərdəhay+ bu işdən xəbər tutanda+ yaxasını cırdı, çula bürünüb başına kül tökdü. O, ucadan nalə çəkib fəryad edə-edə şəhərin ortasına getdi.  O, şah darvazasına kimi getdi, amma içəri girmədi, çünki çula bürünmüş adam şah darvazasından içəri girə bilməzdi.  Bütün əyalətlərdə,+ şahın əmri və fərmanı yetişən hər yerdə yəhudilər böyük yas qurmuşdular, oruc tutub+ ahu-fəğan edirdilər. Çoxları çul içində, kül içində oturmuşdu.+  Əstərin kənizləri və xacələri gəlib bu barədə ona xəbər verdilər. Məlikə çox pis oldu. Mərdəhaya paltar göndərdi ki, çulu çıxarıb onları geysin. Lakin Mərdəhay qəbul etmədi.  Onda Əstər şah xacələrindən onun qulluğuna verilmiş Hətaqı çağırıb tapşırdı ki, Mərdəhayın yanına getsin və nə baş verdiyini öyrənsin.  Hətaq Mərdəhayın yanına, şah darvazasının qarşısındakı meydana çıxdı.  Mərdəhay başına gələn hal-qəziyyəni, Həmanın yəhudiləri məhv etmək üçün şah xəzinəsinə nə qədər pul boyun olduğunu+ ona danışdı.+  Sonra Mərdəhay bu qırğın haqda Şuşda+ verilmiş qanunun surətini ona verdi ki, Əstərə göstərib izah etsin. Həmçinin Əstərə desin ki,+ şahın hüzuruna getsin, ondan aman diləyib xalqı üçün yalvarsın.  Hətaq gəlib Mərdəhayın sözlərini Əstərə çatdırdı. 10  Əstər də Hətaqa tapşırıb dedi ki, Mərdəhaya+ bunları yetirsin: 11  «Şahın bütün qulluqçuları və onun əyalətlərində yaşayan camaat bilir ki, kim çağırılmadan şahın içəri həyətinə girərsə,+ istər kişi olsun, istər qadın, qanun birdir: həmin adam ölməlidir. Yalnız şah qızıl əsasını ona uzadarsa,+ sağ qala bilər. Mən isə otuz gündür ki, şahın yanına çağırılmıram». 12  Əstərin sözlərini Mərdəhaya çatdırdılar. 13  Mərdəhay Əstərə belə cavab göndərdi: «Elə düşünmə ki, şah evində olduğun üçün yəhudilərin arasından sən sağ qala biləcəksən. 14  Əgər belə bir vaxtda sussan, yəhudilərə qurtuluş və nicat başqa yerdən gələr,+ sən və atanın nəsli isə yox olarsınız. Kim bilir, bəlkə, sən elə bu gün üçün məlikə olmusan».+ 15  Əstər Mərdəhaya belə cavab göndərdi: 16  «Get Şuşda olan bütün yəhudiləri topla. Məndən ötrü oruc tutun,+ üç gün-üç gecə nə yeməyin, nə içməyin.+ Mən də kənizlərimlə oruc tutaram, sonra isə şahın yanına gedərəm, hərçənd bu, qanuna ziddir. Ölməliyəmsə, qoy ölüm». 17  Mərdəhay gedib Əstərin tapşırdığı kimi etdi.

Haşiyələr