Əyyub 18:1—21

  • Bildadın ikinci nitqi (1—21)

    • Günahlı adamların aqibəti (5—20)

    • Əyyubun Allahı tanımadığına eyham vurur (21)

18  Şuhi Bildad+ belə cavab verdi:   «Bu sözləriniz nə vaxt qurtaracaq? Bir az dərrakəniz olsa, biz də danışardıq.   Nə üçün gözünüzdə heyvan kimi olmalıyıq?+Nə üçün gözünüzdə səfeh* olmalıyıq?   İstəyirsən, hirsindən özünü didib-parçala.Məgər sənə görə dünya unudulacaq,Yoxsa qayalar yerindən qopacaq?   Bəli, şər adamın işığı sönəcək,Ocağı alov saçmayacaq.+   Çadırında işıq qaranlığa dönəcək,Çırağı sönəcək.   Onun şux, iri addımları qısalıb.Fəndləri onun özünü yıxacaq,+   Ayaqları onu torun üstünə aparacaq,O, düz torun içinə düşəcək.   Tələ onu topuğundan qapacaq,Cələ onu tutacaq.+ 10  Onun üçün torpaqda kəndir gizlədilib,Yolu üstündə tələ qoyulub. 11  Hər yanda dəhşət onu səksəndirir,+Addımbaaddım izləyir. 12  Taqəti kəsilir.Bəla+ onu axsadacaq. 13  Dərisi çürüyür,Ölümcül xəstəlik qol-qıçını udur, 14  O, dinc çadırından çıxarılıb,+Dəhşətlər hökmdarının* yanına aparılır. 15  Onun çadırında yadlar yaşayacaq,Yurduna kükürd töküləcək.+ 16  Altında kökləri quruyacaq,Üstündə budaqları. 17  Yer üzündə xatirəsi qalmayacaq,Küçədə, məhəllədə adı çəkilməyəcək. 18  Aydınlıqdan qaranlığa atılacaq,Torpaqdan qovulacaq. 19  Elində nə övladı, nə də nəvə-nəticəsi qalacaq,Obasında bir kimsəsi qalmayacaq. 20  Onun fəlakət günündə qərb sakinləri heyrətlənəcək,Şərq sakinlərini dəhşət bürüyəcək. 21  Bədəməl adamın çadırı bax, bu kökə düşür,Allahı tanımayanın yurdu bu günə qalır».

Haşiyələr

Digər variant: natəmiz.
Yaxud dəhşətli ölümün.