Əyyub 2:1—13
2 Bir gün yenə Allah oğulları+ Yehovanın hüzuruna gəldilər.+ Şeytan da onların arasında Yehovanın hüzuruna gəldi.+
2 Yehova Şeytandan soruşdu: «Haradan gəlirsən?» «Dünyanı gəzib-dolaşırdım»,+ — deyə Şeytan Yehovaya cavab verdi.
3 Yehova ona dedi: «Qulum Əyyuba fikir verdin? Dünyada onun kimi dürüst, kamil,*+ Allahdan qorxan, şərdən uzaq duran ikinci adam yoxdur. Nahaqdan Məni vadar edirsən ki, onu məhv edim,+ halbuki o, kamilliyindən dönmür».+
4 Şeytan Yehovaya cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canından ötrü hər şeyini verər.
5 Əlini uzadıb onun ətinə, sümüyünə toxun, o, düz Sənin üzünə lənət edəcək».+
6 Onda Yehova Şeytana dedi: «Budur, o, sənin ixtiyarındadır. Təkcə canına dəymə!»
7 Beləliklə, Şeytan Yehovanın hüzurundan çıxıb getdi və Əyyubu təpədən-dırnağacan ağrıyan çibanlara+ mübtəla etdi.
8 Əyyub yaralarını qaşımaq üçün bir saxsı parçası götürüb külün içində oturdu.+
9 Axırda arvadı ona dedi: «Sən hələ də kamil qalmaq istəyirsən? Lənət et Allaha, öl qurtar!»
10 «Lap səfeh qadınlar kimi danışırsan. Deyirsən, Allahdan ancaq yaxşı şeyləri qəbul edək, pis şeyləri qəbul etməyək?»+ — deyə Əyyub cavab verdi. Bütün bunların müqabilində Əyyubun dilindən ona günah qazandıran bir kəlmə söz çıxmadı.+
11 Əyyubun başına gəlmiş bu müsibətləri eşidən üç yoldaşı — təhmani Əlifəz+, şuhi+ Bildad+ və nəhmati Söfər+ — hər biri öz məmləkətindən yola düşüb gəldi. Onlar danışdılar ki, birlikdə Əyyubun yanına gedib onun dərdinə şərik olsunlar və ona təsəlli versinlər.
12 Bu kişilər uzaqdan baxanda Əyyubu tanımadılar. Hönkür-hönkür ağlayıb yaxalarını cırdılar və torpaq götürüb başlarına tökdülər.+
13 Yeddi gün, yeddi gecə Əyyubla birgə yerdə oturdular. Heç biri ağzını açıb söz demədi, axı görürdülər ki, onun dərdi böyükdür.+
Haşiyələr
^ Yaxud eyibsiz.