Əyyub 29:1—25

  • Əyyub imtahandan qabaqkı xoşbəxt günlərini xatırlayır (1—25)

    • Şəhər darvazasında hörməti vardı (7—10)

    • Haqq-ədalət yolundan ayrılmırdı (11—17)

    • Hamı məsləhətini dinləyirdi (21—23)

29  Əyyub sözünə davam etdi:   «Kaş ötən çağlarıma qayıda biləydim,Allahın məni hifz etdiyi günlərə.   O vaxtlar çırağı başımın üstündə işıq saçardı,Onun nuru ilə qaranlığı yarıb-keçərdim.+   Həyatımın coşqun çağlarını yaşayırdım,Çadırımda Allahın dostluğunu duyurdum,+   Qüdrət Sahibi hələ mənimlə idi,Balalarım* ətrafımda idi.   O vaxtlar ayaqlarım qaymaq içində idi,Qayalardan mənə yağ süzülürdü.+   Şəhər darvazasına çıxardım,+Meydanda əyləşərdim.+   Cavanlar məni görəndə yol verərdi,Hətta yaşlılar ayağa durub dayanardı,+   Başçılar susub danışmazdı,Əlləri ilə ağzını yumardı. 10  Bəylər dilini udardı,Səsləri çıxmazdı. 11  Söhbətimi eşidənlər barəmdə xoş sözlər deyərdi,Məni görənlər xeyrimə danışardı. 12  Çünki mən imdad diləyən kasıbı,+Yetimi, kimsəsizi qurtarırdım.+ 13  Həlakdan qurtardığım fəqirlər mənə xeyir-dua verərdi,+Dul qadının qəlbini şad edərdim.+ 14  Mən salehliyi geyinirdim,Ədalətim mənə əba kimi, çalma kimi idi. 15  Korlara göz,Topallara ayaq idim, 16  Kasıblara ata idim,+Yadların işinə baxardım,+ 17  Günahkarın əngini əzərdim,+Ovunu dişindən dartıb alardım. 18  Deyərdim: “Günlərim qum qədər olacaq,Son nəfəsimi ocağımda verəcəyəm,+ 19  Köklərim sulara gedib-çıxacaq,Budaqlarımda şeh gecələyəcək. 20  Şöhrətim solmayacaq,Əlimdə kamanım dönə-dönə atacaq”. 21  İnsanlar məni intizarla dinləyərdi,Susub məsləhətimi gözləyərdi.+ 22  Sözümün üstündən deməyə söz tapmazdılar,Sözüm onların qulağına xoş gələrdi. 23  Yağışı gözləyəntək məni gözləyərdilər,Sözlərimi bahar yağışıtək içərdilər.+ 24  Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar,Üzümün nuru onlara arxayınlıq verərdi*. 25  Başçı kimi onlara yol göstərərdim.Mən qoşunlarının içində padşah kimi,+Yaslılara təsəlli verən kimi yaşayırdım.+

Haşiyələr

Yaxud nökərlərim.
Digər variant: üzümün nurunu tutqunlaşdırmazdılar.