Əyyub 32:1—22

  • Əlihu söhbətə qatılır (1—22)

    • Əyyuba və yoldaşlarına qəzəbi tutub (2, 3)

    • Ehtiramla kənarda durub söz almağı gözlədi (6, 7)

    • Ağıl yaşda deyil (9)

    • Əlihunun ürəyi doludur (18—20)

32  Beləcə, bu üç kişi daha cavab vermədi, çünki Əyyub öz salehliyinə əmin idi.+  Amma Ram nəslindən buzi+ Bərəkil oğlu Əlihu bərk qəzəbli idi. O, Əyyuba çox hirslənmişdi, çünki Əyyub Allahı yox, özünü haqlı çıxarmağa çalışırdı.+  Əyyubun üç yoldaşına da bərk qəzəblənmişdi, çünki onlar Əyyuba düzgün cavab verə bilməmiş, Allah haqda nahaq sözlər söyləmişdilər.+  Əlihu onlardan yaşca kiçik idi, buna görə Əyyuba söz demək üçün durub gözləyirdi.+  Görəndə ki, bu üç nəfərin daha deməyə sözü yoxdur, qəzəbdən alışıb-yandı.  Beləliklə, buzi Bərəkil oğlu Əlihu sözə başladı: «Mən cavanam,Siz isə ahıl yaşdasınız.+ Buna görə hörmət edib səsimi çıxarmadım,+Bildiklərimi danışmağa cürət etmirdim.   Dedim: “Qoy yaş danışsın,Qoy uzun ömür hikmət öyrətsin”.   Lakin insana dərrakə verən ondakı ruhdur,Qüdrət Sahibinin nəfəsidir.+   Ağıl təkcə yaşda deyil,Düzgünlüyü ancaq ahıllar anlamır.+ 10  Buna görə deyirəm: “Mənə qulaq asın,Mən də bildiklərimi söyləyim”. 11  Baxın, siz danışanda mən gözlədim. Siz söz axtararkən+Fikirlərinizə qulaq asdım.+ 12  Diqqət kəsildim,Heç biriniz Əyyubun səhv olduğunu göstərə bilmədiniz,Onun dəlillərinə cavab verə bilmədiniz. 13  Buna görə də: “Biz hikmət sahibiyik,Onu təkzib edən insan deyil, Allahdır”, — deməyin! 14  Onun sözləri mənə yönəlməmişdi,Ona cavabım da sizin dəlillərinizlə olmayacaq. 15  Onlar çaşıb qalıb, ağızlarını yumublar,Deməyə söz tapmırlar. 16  Gözlədim, daha danışmadılar,Lal-dinməz durublar, cavab vermirlər. 17  Mən də sözümü deyəcəyəm,Bildiklərimi söyləyəcəyəm. 18  Çünki sinəm sözlə doludur,İçimdəki ruh məni vadar edir. 19  Ağzı bağlı şərab kimidir içim,Təzə tuluq kimi indi partlayacaq.+ 20  Qoy bir kəlmə deyim, rahatlanım, Ağzımı açıb danışım. 21  Heç kimin tərəfini tutmayacağam,+Heç bir insana yaltaqlanmayacağam, 22  Mən yaltaqlıq nədir bilmirəm. Belə etsəm, Yaradan məni dərhal yox edər!

Haşiyələr