Əyyub 41:1—34

41  Bəs livyatanı*+ qarmaqla tuta bilərsən? Dilini kəndirlə bağlaya bilərsən?   Burun pərələrinə ip keçirə bilərsən? Çənəsini qarmaqla deşə bilərsən?   O, səndən aman diləyərmi? Səninlə mülayim danışarmı?   Daim qulun olmaq üçünSəninlə əhd bağlayarmı?   Quşla oynadığın kimi, onunla oynaya bilərsənmi? Balaca qızlarını əyləndirmək üçün onu noxtalaya bilərsənmi?   Balıqçılar onu nəyəsə dəyişərlər? Tacirlərin arasında bölüşdürərlər?   Sən onun dərisinə qarmaq,+Başına balıqçı mizrağı sanca bilərsən?   Sən bir ona toxun, gör nə olur! Bu döyüşü heç vaxt unutmazsan, bir də belə etməzsən.   Onu ram etmək arzusu xamxəyaldır,Adicə görkəmindən səni vahimə basar. 10  Heç kim cürət edib onu qızışdırmaz. Belə isə, Mənim qarşımda kim dura bilər?+ 11  Kim Mənə nəsə verib ki, Mən də əvəzini verim?+ Səma altında hər şey Mənimdir.+ 12  Onun əzalarından,Onun qüvvətindən, qədd-qamətindən danışacağam. 13  Üstündəki örtüyükim götürə bilər? Kim açıq çənəsinin arasına girə bilər? 14  Kim ağzının taylarını açmağa cürət edər? Qorxuncdur onun dişləri. 15  Belində sıra-sıra pulcuqlar düzülüb*,Birlikdə möhkəm-möhkəm basılıb. 16  Elə sıxdırlar ki,Aralarından hava belə, keçməz. 17  Biri o birinə yapışıb,Bir-birinə bitişib, ayırmaq olmur. 18  O fınxıranda işıq saçır,Gözləri, sanki, sübh şəfəqidir. 19  Ağzından şimşək çaxır,Qığılcımlar saçılır. 20  Burun pərələrindən tüstü çıxır,Sanki, küləşlə qalanmış kürədir. 21  Nəfəsindən kömürlər odlanır,Ağzından alov püskürür. 22  Boynunda güc-qüvvət var,Qarşısına təlaş yayır. 23  Bədəninin qatları bitişikdir,Sərtdir, dəmir kimidir, tərpətmək olmur. 24  Ürəyi bərkdir daş kimi,Dəyirmanın alt daşı kimi. 25  O qalxanda hətta güclülər qorxur,Zərbələri heyrət doğurur. 26  Qılınc, nizə, mizraq, oxOna dəysə, kar eləməz.+ 27  Dəmir onun üçün adi küləşdir,Mis onun üçün çürük odundur. 28  O, oxdan qaçmaz,Sapand daşı onun qarşısında saman çöpüdür. 29  Onun gözündə dəyənək də saman çöpüdür,O, mizrağın vıyıltısına gülür. 30  Qarnının altı iti saxsı parçalarına bənzəyir,Palçıq üzərinə vəl* kimi yayxanır.+ 31  Ümmanı qazan kimi qaynadır,Dənizi məlhəm küpütək çalxalayır. 32  Arxasınca izi işıldayır,Ümman ağsaçlı görünür. 33  Yer üzündə tayı-bərabəri yoxdur,Qorxubilməz məxluqdur. 34  Bütün məğrur heyvanların üzünə dik baxır. O, bütün nəhəng heyvanların şahıdır».

Haşiyələr

Ehtimal ki, timsah.
Digər variant: sıra-sıra düzülən pulcuqları onun qürurudur.
Taxıl döyən alət.