Əyyub 7:1—21

  • Əyyubun cavabının davamı (1—21)

    • Həyat ağır zəhmətdir (1, 2)

    • «Niyə məni Özünə hədəf seçmisən?» (20)

7  Məgər bu dünyada fani insanın həyatı ağır zəhmət deyil? Günləri muzdurun günlərindən nə ilə fərqlənir?+   O, qul kimi kölgəyə həsrətdir,Muzdunu gözləyən muzdur kimidir.+   Mənim də nəsibim puç aylar oldu,Payıma əzablı gecələr düşdü.+   Yatanda: “Nə vaxt duracağam?”+ — deyirəm, Gecə uzanıram, sübhədək yerimdə qurdalanıram.   Toz-torpaq içindəyəm,+ bədənimə qurdlar daraşıb,Dərim qaysaq bağlayıb, irinləyib.+   Ömrüm toxucu məkikindən* də sürətlidir,+Ümidsizlik içində başa çatır.+   Unutma, həyatım əsən küləkdir,+Daha xoş gün görməyəcəyəm.   Mənə baxan gözlər bir də məni görməyəcək,Gözlərin məni axtaracaq, mən isə olmayacağam.+   Necə ki bulud dağılar, keçib-gedər,Məzara* enən də çıxmaz,+ 10  Bir daha evinə qayıtmaz,Yeri-yurdu onu yada salmaz.+ 11  Buna görə susmayacağam, Qəlbim* yana-yana danışacağam,Canım üzülə-üzülə dərdimi deyəcəyəm.+ 12  Məgər mən dənizəm, ya dəniz əjdahasıyam? Niyə üzərimə keşikçi qoyursan? 13  Mən: “Yatağım məni ovundurar,Yorğan-döşəyim dərdimə şərik olar”, — deyərkən 14  Məni yuxularla qorxudursan,Röyalarla vahiməyə salırsan. 15  Belə ki, boğulub ölməyi,Ölümü bu vücudda yaşamaqdan üstün tuturam.+ 16  Bezmişəm,+ daha yaşamaq istəmirəm, Məndən əl çək, günlərim buxar* kimidir.+ 17  Fani insan nədir ki, ona məhəl qoyursan,Diqqətini ondan ayırmırsan,+ 18  Hər səhər onu yoxlayırsan,Hər an onu sınayırsan?+ 19  Nə olar, nəzərini üstümdən götür,Mənə udqunmağa macal ver.+ 20  Ey bəşəri seyr edən,+ günahım varsa da, Sənə nə zərəri? Niyə məni Özünə hədəf seçmisən? Sənə yük olmuşam? 21  Nə üçün səhvimi bağışlamırsan?Nə üçün təqsirimdən keçmirsən? Bir azdan torpaq altda yatacağam,+Məni axtaracaqsan, mən isə artıq olmayacağam».

Haşiyələr

Toxucu dəzgahında iplik sarınan uzunsov oval qutu.
İbr. şeol. Lüğətə bax.
Hərfən: ruhum.
Hərfən: nəfəs.