Birinci İşmuil 27:1—12

  • Filiştlilər Sığlağı Davuda verir (1—12)

27  Davud öz-özünə dedi: «Bir gün Talutun əlində öləcəyəm. Yaxşısı budur, Filişt məmləkətinə qaçım+. Onda Talut məni İsraildə axtarmaqdan+ bezər, mənim də canım onun əlindən qurtular».  Davud altı yüz adamı ilə+ qalxıb Cat padşahı Məuh oğlu Axışın yanına getdi.+  Onun adamları da öz külfətlərilə bərabər Catda, Axışın yanında qaldı. Davudun hər iki arvadı, yizrailli Ahnaam+ və Nabalın dul qalmış arvadı karmelli Abiqayil+ onunla idi.  Davudun Cata qaçdığını Taluta xəbər verdilər. Talut daha onu axtarmadı.+  Davud Axışa dedi: «Əgər gözündə lütf tapmışamsa, qoy mənə kiçik şəhərlərdən birində yer versinlər, orada yaşayım. Nəyə görə bu qulun padşah şəhərində səninlə birgə yaşasın?»  Həmin gün Axış ona Sığlağı+ verdi. Buna görə də Sığlaq indiyədək Yəhuda padşahlarına məxsusdur.  Davud filiştlilərin məmləkətində bir il dörd ay qaldı.+  Davud adamları ilə qəşurilərə+, gizrilərə, əmaliqələrə+ basqınlar edirdi. Onlar Təlamdan tutmuş Şura+ və aşağıda Misirə qədər olan ərazilərdə yaşayırdılar.  Davud hücum etdiyi yerlərdə heç kimi — nə kişiləri, nə də qadınları sağ buraxmırdı.+ Lakin qoyunları, malları, eşşəkləri, dəvələri və pal-paltarı götürür, sonra Axışın yanına qayıdırdı. 10  Axış: «Bu gün hara basqın etmişdiniz?» — deyə soruşanda Davud gah «Yəhudadan+ cənuba», gah «yarəhmiillərdən+ cənuba», gah da «qənilərdən+ cənuba» deyirdi. 11  Davud heç bir kişini, qadını sağ saxlamırdı, istəmirdi ki, onları Cata gətirsinlər. O deyirdi: «Qoy “Davud belə-belə etdi” deyib bizi ələ verməsinlər». (Filiştlilərin məmləkətində yaşadığı bütün vaxt ərzində o, belə edirdi.) 12  Beləcə, Davud Axışın etibarını qazandı. Axış öz-özünə deyirdi: «Davud öz xalqı İsrailin nifrətini qazanıb, daha həmişəlik mənim qulluğumda duracaq».

Haşiyələr