Birinci İşmuil 28:1—25

  • Talut Eyn-Dorda bir cindarın yanına gəlir (1—25)

28  Həmin günlərdə filiştlilər israillilərlə müharibə etmək üçün qoşunlarını topladılar.+ Axış Davuda dedi: «Yəqin bilirsən ki, sən və adamların mənimlə birlikdə müharibəyə gedəcəksiniz».+  Davud cavab verdi: «Sən daha yaxşı bilərsən qulun nə etməlidir». Axış Davuda dedi: «Buna görə də səni həmişəlik özümə mühafizəçi qoyuram».+  İşmuil vəfat etmişdi. Bütün İsrail onun yasını saxlamışdı. Onu öz şəhərində, Ramada dəfn etmişdilər.+ Talut ölkədən bütün cindarların və falçıların kökünü kəsmişdi.+  Filiştlilər toplaşıb Şunama+ getdilər və orada ordugah qurdular. Talut da bütün İsraili toplayıb Gilbuda ordugah qurdu.+  Talut filiştlilərin ordugahını görəndə qorxdu, ürəyi tir-tir əsdi.+  Talut Yehovaya müraciət etsə də,+ Yehova ona nə röya, nə Urim+, nə də peyğəmbərlər vasitəsilə cavab vermədi.  Axırda Talut xidmətçilərinə dedi: «Mənim üçün bir cindar qadın+ tapın, gedib onunla danışacağam». Xidmətçiləri dedilər: «Eyn-Dorda+ cindar qadın var».  Talut başqa paltar geyinib görkəmini dəyişdi. Özü ilə iki nəfər götürüb gecə ikən qadının yanına getdi. Ona dedi: «Xahiş edirəm, mənim üçün ruh çağır, fala bax.+ Kimi desəm, onu çağır».  Amma qadın dedi: «Bilməmiş olmazsan, Talut ölkədən cindarların, falçıların kökünü kəsib.+ Nəyə görə məni tələyə salıb ölümə yuvarlayırsan?»+ 10  Talut Yehovaya and içib dedi: «Yehovaya and olsun, bu işdə boynuna günah düşməyəcək!» 11  Qadın soruşdu: «Kimi çağırım sənin üçün?» Talut dedi: «İşmuili». 12  Qadın İşmuili* görəndə+ bərkdən çığırdı. O, Taluta dedi: «Məni niyə aldatdın? Sən ki Talutsan!» 13  Padşah dedi: «Qorxma, de görüm nə görürsən?» Qadın: «Yerdən qalxan ilahi bir məxluq görürəm», — dedi. 14  Talut soruşdu: «Görkəmi necədir?» Qadın dedi: «Yerdən qoca kişi qalxır, əynində cübbə+ var». Talut onun İşmuil olduğunu anladı. O diz çöküb baş əydi, sonra yerə döşəndi. 15  İşmuil Taluta dedi: «Nə üçün məni çağırıb narahat edirsən?» Talut cavab verdi: «Başım qaldadır. Filiştlilər mənimlə müharibə edir. Allah isə məni atıb, nə peyğəmbərlərlə, nə də röyada mənə cavab vermir.+ Ona görə də səni çağırdım ki, mənə bir yol göstərəsən».+ 16  İşmuil dedi: «Bir halda ki Yehova səni atıb,+ sənə düşmən olub, daha mənə nə üçün üz tutmusan? 17  Yehova mənim dilimlə nə demişdisə, onu da edəcək: Yehova taxt-tacı səndən alıb soydaşına, Davuda verəcək.+ 18  Yehovanın sözünə baxmadığın üçün, əmaliqələrdən Onun acığını çıxmadığın üçün+ Yehova bu gün bütün bunları sənin başına gətirir. 19  Yehova İsraili də, səni də filiştlilərə təslim edəcək.+ Sabah oğullarınla birlikdə mənim yanımda olacaqsan.+ Yehova İsrailin ordusunu filiştlilərə məğlub edəcək».+ 20  Bunu eşitcək Talut tirtap yerə sərildi. O, İşmuilin sözlərindən bərk qorxmuşdu. Canında taqət də qalmamışdı, çünki bütün günü, bütün gecəni dilinə heç nə dəyməmişdi. 21  Qadın gəlib Talutun halını görəndə dedi: «Sənin qarabaşın sözünə itaət göstərdi. Mən özümü oda atıb+ dediyini etdim. 22  Gəl sən də bu qarabaşını eşit. Qoy bir tikə çörək gətirim, ye, canına taqət gəlsin. Axı yola çıxacaqsan». 23  Amma Talut yeməkdən imtina etdi və «istəmirəm» dedi. Xidmətçiləri də qadınla birgə təkid edəndə razılaşdı, yerdən qalxıb taxtın üstündə oturdu. 24  Qadının evində bəslənmiş dana var idi. O, tez gedib dananı kəsdi, un götürüb xəmir yoğurdu və mayasız çörək bişirdi. 25  Talutla xidmətçiləri üçün süfrə açdı və onlar yedilər. Sonra onlar qalxıb gecə ikən yola düşdülər.+

Haşiyələr

Bu əhvalat cindar qadının nöqteyi-nəzəri ilə nəql olunur. Cindarı İşmuilin cildinə girmiş cin aldadırdı.