Korinflilərə birinci məktub 10:1—33

  • İsrail tarixindən ibrət dərsləri (1—13)

  • Bütpərətsliyə qarşı xəbərdarlıq (14—22)

    • Yehovanın süfrəsi və cinlərin süfrəsi (21)

  • Azad məsihi başqalarının vicdanını da nəzərə almalıdır (23—33)

    • Hər şeyi elə edin ki, Allah şərəflənsin (31)

10  Qardaşlar, istəyirəm ki, agah olasınız. Əcdadlarımızın hamısı buludun altında idilər+ və hamısı dənizdən keçdi.+  Onlar buludun altında dənizdən keçərək Musanın davamçıları kimi vəftiz olundular.  Hamısı eyni ruhani qidadan yedi+  və eyni ruhani sudan içdi.+ Çünki əcdadlarımız onları müşayiət edən ruhani qayadan içirdilər. Bu qaya Məsihi təmsil edirdi.+  Bununla belə, onların əksəriyyəti Allahın narazılığına tuş gəldi, onlar səhrada öldülər.+  Bütün bunlar bizə ibrət olmalıdır ki, biz də onlar kimi, zərərli şeyləri arzulamayaq.+  Onlardan bəziləri kimi, bütpərəst olmayaq, necə ki yazılıb: «Onlar yeyib-içdilər və qalxıb şənlənməyə başladılar».+  Həmçinin onlardan bəziləri kimi əxlaqsızlıq etməyək. Onlar əxlaqsızlıq etdilər və bir günün içində iyirmi üç min adam öldü.+  Yehovanı sınamayaq.+ Onlardan bəziləri Onu sınağa çəkdi və ilanlar onları çalıb öldürdü.+ 10  Həm də deyingən olmayaq, axı onlar da deyinirdilər+ və axırda mələk onları məhv etdi.+ 11  Bütün bunlar ibrət kimi onların başına gəldi və bu dövrün sonunda yaşayan bizlər üçün xəbərdarlıq+ məqsədilə yazılıb. 12  Buna görə də möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın.+ 13  Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir.+ Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız.+ Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək.+ 14  Əzizlərim, buna görə də bütpərəstlikdən qaçın.+ 15  Mən sizinlə dərrakəli adamlar kimi danışıram. İndi özünüz qərar verin. 16  Məgər barəsində şükür etdiyimiz şükran camı Məsihin qanını təmsil etmir?+ Yaxud böldüyümüz çörək Məsihin bədənini təmsil etmir?+ 17  Madam ki çörək birdir, biz də çox olsaq da, bir bədənik,+ çünki hamımız bir çörəkdən yeyirik. 18  İsrail xalqına fikir verin. Məgər qurbandan yeyən qurbangahla ortaq olmur?+ 19  Bununla nə demək istəyirəm? Demək istəyirəm ki, büt, yaxud bütə təqdim edilmiş qurbanın bir mənası var? 20  Yox, dediyim odur ki, başqa xalqlar qurbanları Allaha yox, cinlərə gətirirlər.+ Mən isə istəmirəm ki, siz cinlərlə ortaq olasınız.+ 21  Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz. Siz həm «Yehovanın süfrəsindən»,+ həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 22  Yoxsa «Yehovanı acıqlandırmaq» istəyirik?+ Məgər biz Ondan güclüyük? 23  Hər şeyə izin var, ancaq hər şey insana fayda gətirmir. Hər şeyə izin var, ancaq hər şey insanı ruhən möhkəmləndirmir.+ 24  Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün.+ 25  Ət bazarında satılan hər şeyi sorğu-sualsız, təmiz vicdanla yeyin, 26  çünki «yer və onun üzərindəki hər şey Yehovanındır».+ 27  Əgər imanda olmayan adam sizi evinə dəvət etsə və siz getmək istəsəniz, qabağınıza nə qoysalar, sorğu-sualsız, təmiz vicdanla yeyin. 28  İşdir, kimsə «bu qurbanlıqdır», — desə, onda bunu sizə deyənə görə və vicdana görə yeməyin.+ 29  Vicdan deyərkən sizinkini yox, həmin adamın vicdanını nəzərdə tuturam. Axı nəyə görə başqasının vicdanı mənim azadlığımı mühakimə etsin?+ 30  Əgər şükür edib yeyirəmsə, niyə şükür etdiyim şeydən ötrü kimsə mənim haqqımda pis danışsın?+ 31  Buna görə də istər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin.+ 32  İman yolunda nə yəhudilər, nə yunanlar, nə də Allahın yığıncağı üçün maneə olmayın.+ 33  Necə ki mən də çox adamın xilas olması üçün özümün yox, başqalarının yaxşılığını düşünürəm,+ hamını hər şeydə razı salmağa çalışıram.+

Haşiyələr