Birinci Padşahlar 2:1—46

  • Davudun Süleymana vəsiyyəti (1—9)

  • Davud ölür; taxta Süleyman çıxır (10—12)

  • Əduniyyə fənd işlədir (13—25)

  • Əbyatar kahinlik vəzifəsindən qovulur; Yuab öldürülür (26—35)

  • Şimay öldürülür (36—46)

2  Davudun ölümü yaxınlaşırdı. O, oğlu Süleymana vəsiyyət eləyib dedi:  «Artıq son mənzilə gedirəm. Sən mətin ol,+ mərd ol!+  Allahın Yehovaya tabe ol. Onun yollarını tut, Musanın Qanununda yazılan əmrlərə, qaydalara, hökmlərə, buyruqlara riayət et.+ O zaman hansı işə əl atsan, hansı səmtə üz tutsan, uğur qazanarsan.  Yehova da mənim haqqımda verdiyi sözü yerinə yetirər. O, belə demişdi: “Əgər oğulların yollarına fikir versələr, Mənim önümdə can-dildən, sədaqətlə yerisələr,+ onda İsrail taxtında həmişə sənin sülalən olacaq”.+  Sən yaxşı bilirsən Sərya oğlu Yuab mənə nələr edib: İsrailin iki sərkərdəsini — Nur oğlu Abnuru+ və Yatir oğlu Amassanı+ öldürüb əmin-amanlıq vaxtı qan tökmüş+, belinin qurşağını, ayağının səndəlini qana bulamışdır.  İndi sən hikmətlə davran, qoyma onun ağarmış başı öz əcəli ilə Məzara* ensin.+  Giladlı Bərzillayın+ oğullarından isə heç vaxt yaxşılığını əsirgəmə. Qoy onlar süfrəndə əyləşənlərin arasında olsunlar. Çünki mən sənin qardaşın Absalamdan qaçanda+ onlar mənim yanımda olmuşdular.+  Yaxınlıqda Bahurimdən olan binyaminli Qirah oğlu Şimay yaşayır. Mən Mahanayimə gedərkən+ o, mənə ağır qarğışlar yağdırmışdı.+ Ancaq İordana məni qarşılamağa gələndə mən ona Yehovanın adı ilə and içdim ki, onu qılıncdan keçirməyəcəyəm.+  Sən isə onu cəzasız qoyma.+ Sən ağıllısan, bilirsən ona nə etmək lazımdır. Onun ağarmış başını qanına bələyib Məzara* endir».+ 10  Sonra Davud öz ata-babalarına qovuşdu, onu Davud şəhərində dəfn etdilər.+ 11  Davud İsrail üzərində qırx il hakimiyyət sürdü, yeddi il Həbrunda+, otuz üç il də Yerusəlimdə.+ 12  Süleyman atası Davudun taxtına oturdu. Onun hakimiyyəti get-gedə möhkəmlənirdi.+ 13  Bir gün Haqqitin oğlu Əduniyyə Süleymanın anası Badsəbanın yanına gəldi. Badsəba soruşdu: «Gəlişin xeyirdir?» O dedi: «Xeyirdir. 14  Sənə sözüm var». Badsəba: «Söylə», — dedi. 15  Əduniyyə sözə başladı: «Özün də yaxşı bilirsən ki, taxt-tac mənim olmalı idi. Bütün İsrail mənim padşah olmağımı gözləyirdi.+ Amma taxt-tac əlimdən çıxıb qardaşımın oldu, çünki bu, Yehovadan idi.+ 16  İndi səndən bircə xahişim var. Məni naümid qoyma». O dedi: «Söylə». 17  Əduniyyə davam elədi: «Xahiş edirəm, Süleyman padşaha de, qoy şunamlı Abişaqı+ mənə versin, o, sənə yox deməz». 18  Badsəba dedi: «Yaxşı! Padşahla danışaram». 19  Badsəba Əduniyyə barədə danışmaq üçün Süleyman padşahın hüzuruna gəldi. Padşah ayağa qalxıb onu qarşıladı və ona təzim etdi. Sonra taxtına əyləşdi və anası üçün də sağ tərəfində taxt qoydurdu. 20  Badsəba dedi: «Səndən kiçik xahişim var, mənə yox demə». Padşah dedi: «Buyur ana, xahişini de, sənə yox demərəm». 21  O dedi: «Şunamlı Abişaqı qardaşın Əduniyyəyə ver». 22  Süleyman padşah cavab verdi: «Nə üçün Əduniyyəyə təkcə şunamlı Abişaqı istəyirsən? Taxt-tacı da istə,+ axı o, mənim böyük qardaşımdır.+ Onsuz da kahin Əbyatarla Sərya oğlu Yuab+ da onun tərəfindədirlər».+ 23  Süleyman padşah Yehovaya and içdi: «Əgər bu xahişindən sonra Əduniyyə sağ qalsa, qoy Allah məni cəzalandırsın. 24  Məni atam Davudun taxtında oturdub möhkəmləndirən,+ söz verdiyi kimi, mənə xanədan verən+ Yehovaya and olsun ki, Əduniyyə bu gün öləcək!»+ 25  Süleyman padşah dərhal Yəhyaday oğlu Bənayini+ göndərdi və o gedib Əduniyyəni öldürdü. 26  Padşah kahin Əbyatara+ dedi: «Ənatuta, öz mülkünə qayıt!+ Sən ölümə layiqsən! Amma mən səni öldürməyəcəyəm, çünki sən atam Davudun önündə Külli-İxtiyar Yehovanın sandığını daşımısan,+ atamın çəkdiyi hər əzaba sən də qatlaşmısan».+ 27  Süleyman Əbyatarı Yehovanın kahini vəzifəsindən uzaqlaşdırdı, beləcə Yehovanın Şiloda+ Əli evinə qarşı dediyi sözü yerinə yetdi.+ 28  Bu xəbər Yuaba çatanda o, Yehovanın çadırına qaçıb+ qurbangahın buynuzlarından yapışdı. Çünki Yuab Absalama qoşulmasa da,+ Əduniyyənin tərəfini tutmuşdu.+ 29  Süleyman padşaha dedilər: «Yuab Yehovanın çadırına qaçıb, indi qurbangahın yanındadır». Süleyman Yəhyaday oğlu Bənayini göndərib dedi: «Get onu öldür!» 30  Bənayi Yehovanın çadırına gedib ona dedi: «Padşah əmr edir ki, oradan çıxasan». Amma o dedi: «Yox, mən burada öləcəyəm!» Bənayi Yuabın dediklərini padşaha çatdırdı. 31  Padşah dedi: «Get, dediyi kimi elə, onu öldür və basdır. Məni və atamın evini Yuabın tökdüyü nahaq qandan təmizlə.+ 32  Yehova ona tökdüyü qana görə cəza verəcək, çünki o, özündən saleh, özündən yaxşı iki kişini — İsrailin ordu başçısı Nur oğlu Abnuru+ və Yəhudanın ordu başçısı Yatir oğlu Amassanı+ atam Davuddan xəbərsiz qılıncdan keçirib.+ 33  Onların qanı həmişəlik Yuabla övladlarının boynunda qalacaq.+ Davuda, onun övladlarına, evinə, taxt-tacına isə qoy Yehova əbədilik əmin-amanlıq nəsib eləsin». 34  Yəhyaday oğlu Bənayi gedib Yuabı öldürdü. Onu çöllükdəki evində dəfn etdilər. 35  Padşah Yəhyaday oğlu Bənayini+ Yuabın yerinə ordu başçısı qoydu, Əbyatarın yerinə isə kahin Sadığı+ təyin etdi. 36  Sonra padşah Şimayı+ çağırtdırıb dedi: «Yerusəlimdə özünə ev tik, yaşa. Buradan heç yana getmə. 37  Bil ki, şəhərdən çıxıb Qidron vadisini+ keçdiyin gün öləcəksən. Qanın da öz boynunda qalacaq». 38  Şimay padşaha dedi: «Sənin sözün haqdır. Ya hökmdar, necə buyurursansa, bu qulun elə də edəcək». Şimay xeyli müddət Yerusəlimdə yaşadı. 39  Üç ilin sonunda Şimayın iki qulu Cat padşahı Məkah oğlu Axışın yanına qaçdı.+ Şimaya xəbər gətirdilər ki, qulları Catdadır. 40  Şimay qullarını tapmaq üçün dərhal eşşəyini palanlayıb Cata, Axışın yanına getdi. Şimay qulları ilə birlikdə Catdan qayıdanda 41  Süleymana dedilər: «Şimay Yerusəlimdən çıxıb Cata getmişdi, indi qayıdıb». 42  Padşah Şimayı çağırtdırıb dedi: «Axı mən sənə Yehovanın adı ilə and içdirib xəbərdarlıq etmişdim ki, buradan çıxıb başqa yerə getdiyin gün öləcəksən. Sən də demişdin ki, “baş üstə, sözün haqdır”. Elədir?+ 43  Bəs onda nə üçün Yehovaya içdiyin andı pozmusan, əmrimdən çıxmısan?!» 44  Sonra padşah Şimaya dedi: «Atama nə pislik etdiyini özün çox gözəl bilirsən.+ İndi Yehova o pisliyi sənin başına gətirəcək.+ 45  Amma Süleyman padşah nemət sahibi olacaq,+ Davudun taxtı Yehovanın önündə əbədilik duracaq». 46  Padşah bunu deyib Yəhyaday oğlu Bənayiyə onu öldürməyi əmr etdi və o gedib Şimayı öldürdü.+ Beləliklə, hakimiyyət Süleymanın əlində möhkəmləndi.+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.