Birinci Padşahlar 5:1—18

  • Hiram Süleymana tikinti materialları göndərir (1—12)

  • Süleyman tikinti üçün işçi toplayır (13—18)

5  Sur+ padşahı Hiram Süleymanın məsh edilib atasının yerinə padşah olduğunu eşidəndə öz əyanlarını onun yanına göndərdi. Hiram Davudun xətrini çox istəyirdi.+  Süleyman da Hirama xəbər göndərdi:+  «Sənə məlumdur ki, atam Davud Yehovanın adına ev tikə bilmədi, çünki Yehova düşmənləri ona məğlub edənəcən onlar hər yandan onunla müharibə edirdilər.+  İndi Allahım Yehova mənə hər tərəfdən dinclik verib.+ Heç bir müqavimət, əngəl yoxdur.+  Buna görə də Yehovanın atam Davuda vəd etdiyi kimi, Allahım Yehovanın adına ev tikmək istəyirəm. O demişdi: “Mənim adıma evi sənin yerinə taxta çıxaracağım oğlun tikəcək”.+  İndi adamlarına buyur, mənim üçün Livandan sidr ağacları kəssinlər.+ Mənim xidmətçilərim səninkilərlə birlikdə işləyər, mən də sənin xidmətçilərinə təyin etdiyin məbləğdə zəhmət haqqı verərəm. Sən bilirsən ki, bizdə sidonlular kimi ağac kəsməyi bacaran yoxdur».+  Hiram Süleymanın təklifini eşidəndə çox sevindi və dedi: «Yehovaya alqış olsun! O, bu böyük xalqa rəhbərlik eləmək üçün Davuda hikmətli oğul verib!»+  O, Süleymana xəbər göndərdi: «Təklifini aldım. İstəyini yerinə yetirib sənə sidr və ardıc ağacları yollayacağam.+  Xidmətçilərim onları Livandan dənizə gətirər, mən onlardan sallar düzəldib dənizlə dediyin yerə göndərərəm. Orada onları ayıraram, sən də daşıyarsan. Bunun əvəzində ev əhlimi istədiyim ərzaqla təmin edərsən».+ 10  Beləcə, Hiram Süleymana istədiyi qədər sidr və ardıc ağacı verdi. 11  Süleyman da Hiramın ev əhli üçün 20 000 kor* buğda və 20 kor xalis zeytun yağı göndərdi. Süleyman Hirama hər il bunları verirdi.+ 12  Yehova vəd etdiyi kimi, Süleymana hikmət verdi.+ Hiramla Süleyman sülhdə idilər, onlar saziş bağlamışdılar. 13  Süleyman padşah bütün İsraildən adamlar toplayıb üzərlərinə mükəlləfiyyət qoydu; 30 000 adam toplandı.+ 14  Süleyman hər ay onlardan on minini növbə ilə Livana göndərirdi. Onlar bir ay Livanda, iki ay öz evlərində qalırdılar. Əduniram+ mükəlləfiyyətlilərin nəzarətçisi idi. 15  Süleymanın 70 000 fəhləsi, dağlarda 80 000 daş kəsən+ işçisi var idi.+ 16  Həmçinin Süleymanın bu adamlara nəzarət edən 3300 məmuru var idi.+ 17  Padşahın əmrinə əsasən, evin təməlini+ yonulmuş daşlardan+ qoymaq üçün onlar böyük və bahalı daşları+ qazıb çıxarırdılar. 18  Süleymanın və Hiramın inşaatçıları, həmçinin geballılar+ daşları kəsir, evi tikmək üçün şalban və daşlar hazırlayırdılar.

Haşiyələr