Birinci Padşahlar 6:1—38

  • Məbədin tikintisi başlanır (1—38)

    • İç otaq (19—22)

    • Kərrublar (23—28)

    • Divarlardakı oymalar, qapılar, içəri həyət (29—36)

    • Məbədin tikintisi başa çatır (37, 38)

6  İsraillilərin Misirdən çıxmalarının+ dörd yüz səksəninci ilində, Süleymanın İsrail üzərində hakimiyyətinin dördüncü ilində, ikinci ay olan ziv* ayında+ Süleyman Yehovanın məbədini* tikməyə başladı.+  Süleyman padşahın Yehova üçün tikdiyi evin uzunluğu 60 qulac*, eni 20 qulac*, hündürlüyü 30 qulac* idi.+  Evin qarşısındakı eyvanın+ uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, eni isə 10 qulac idi.  O, evə divarın içinə doğru daralan pəncərələr qoydu.+  Evin, yəni məbədin divarına bitişik artırma tikdi. Artırma Müqəddəs yerlə içəri otağın+ divarlarını dövrələyirdi. Orada otaqlar var idi.+  Bu otaqların eni alt qatda 5 qulac, orta qatda 6 qulac, üst qatda 7 qulac idi. O, evin divarının bayır tərəfində çıxıntılar düzəltdi, buna görə də evin divarlarına heç nə vurulmadı.+  Ev karxanada çıxarılıb hazırlanmış daşlardan tikildi.+ Belə ki, ev tikilən vaxt orada nə gürz, nə balta, nə də başqa bir dəmir alət səsi eşidilmədi.  Artırma otaqların alt qatının girişi evin cənub tərəfində idi.+ Dolama pilləkən orta qata, oradan da üst qata qalxırdı.  O, evi tikib qurtardı,+ sonra evi sidr ağacından olan tir və taxtalarla örtdü.+ 10  O, evin ətrafında hər birinin hündürlüyü 5 qulac olan artırma otaqlar tikdi.+ Otaqlar evə sidr tirlərlə birləşirdi. 11  Bu arada Süleymana Yehovanın sözü nazil oldu: 12  «Əgər Mənim qayda-qanunlarımla yerisən, hökmlərimi yerinə yetirsən, əmrlərimə müvafiq hərəkət etsən,+ Mən də atan Davuda sənin barəndə, xüsusən də tikdiyin evlə bağlı verdiyim sözü yerinə yetirəcəyəm.+ 13  İsraillilərin arasında məskən salacağam,+ xalqım İsraili atmayacağam».+ 14  Süleyman evin inşasını davam etdirdi. 15  O, evin iç divarını sidr taxtalarla örtdü. İç divarlara döşəmədən tavanın tirlərinə qədər taxta vurdu. Evin döşəməsini ardıc taxtalarla döşədi.+ 16  Evin arxa divarından 20 qulac ölçüb döşəmədən tavanın tirlərinə qədər sidr taxtaları düzüb bir bölmə ayırdı, beləcə evin içində iç otaq+ — Ən müqəddəs yer düzəltdi.+ 17  Məbəddə+ Ən müqəddəs yerin qabağındakı baş otaq 40 qulac idi. 18  Evin içindəki sidr taxtaların üstündə balqabaq+ və açmış gül təsvirləri oydu.+ Hər yan sidr taxtalarla örtülmüşdü, daş görünmürdü. 19  O, Yehovanın Əhd sandığını+ qoymaq üçün evin iç otağını+ hazırladı. 20  İç otağın uzunluğu 20 qulac, eni 20 qulac, hündürlüyü 20 qulac idi.+ Otağın divarlarını xalis qızılla, qurbangahı+ isə sidr taxtalarla örtdü. 21  Süleyman evin içini xalis qızılla örtdü.+ Qızılla örtülmüş iç otağın+ önündən qızıl zəncirlər keçirtdi. 22  Bütün evi, evin hər tərəfini qızılla örtdü. O, iç otağın yanındakı qurbangahı da büsbütün qızılla örtdü.+ 23  İç otaqda şam ağacından* hər biri 10 qulac hündürlüyündə iki kərrub+ düzəltdi.+ 24  Kərrubun bir qanadı 5 qulac, o biri qanadı 5 qulac idi. Bir qanadının ucundan o biri qanadının ucuna qədər 10 qulac idi. 25  İkinci kərrub da 10 qulac idi. Kərrubların ikisinin də ölçüsü və görkəmi eyni idi. 26  Kərrubların hər ikisinin hündürlüyü 10 qulac idi. 27  Sonra o, kərrubları+ iç otağa qoydu. Kərrubların qanadları açıq halda idi, birinin qanadı bir divara, o birinin qanadı o biri divara çatırdı. Onların bu biri qanadları otağın ortasına uzanır, bir-birinə dəyirdi. 28  O, kərrubları qızılla örtdü. 29  O, evin həm iç, həm də ön otağının bütün divarlarında kərrub+, xurma ağacları+ və açmış gül+ təsvirləri oydu. 30  Həm iç, həm də ön otağın döşəməsini qızılla örtdü. 31  İç otağın girişi üçün şam ağacından ikitay qapı, həmçinin yan sütunlar, yan taxtalar düzəltdi. Bu, beşinci hissə* idi. 32  Qapılar şam ağacından idi. O, qapıların üzərində kərrub, xurma ağacı və açmış gül təsvirləri oydu. Qapıları qızılla örtdü. Qızılı döyüb kərrubların və xurma ağaclarının üzərinə yaydı. 33  Baş otağın girişi üçün şam ağacından yan taxtalar düzəltdi. Bu, dördüncü hissəyə* aid idi. 34  O, ardıc ağacından ikitaylı qapı düzəltdi. Qapının daban üstündə fırlanan hər iki tayı qatlanırdı.+ 35  Onların üzərində kərrub, xurma ağacı, açmış gül təsvirləri oyub, üstünü qızılla örtdü. 36  O, üç çin yonulmuş daş və bir çin sidr tir düzüb hasar tikdi+ və içəri həyəti düzəltdi.+ 37  Dördüncü ilin ziv ayında Yehovanın evinin təməli qoyuldu,+ 38  on birinci ilin səkkizinci ayı olan bul* ayında ev layihədə olduğu kimi tikilib qurtardı, bütün xırdalığına kimi hər şeyi hazır oldu.+ Beləcə, evin inşası yeddi il çəkdi.

Haşiyələr

26,7 m. 1 qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
8,9 m.
13,4 m.
Hərfən: yağ ağacından. Ehtimal ki, Hələb şamı.
Ola bilsin, söhbət qapı çərçivəsinin quruluşundan, ya da qapıların ölçüsündən gedir.
Ola bilsin, söhbət qapı çərçivəsinin quruluşundan, ya da qapıların ölçüsündən gedir.