Birinci Salnamələr 15:1—29

  • Lavililər sandığı Yerusəlimə gətirirlər (1—29)

    • Davud Məkyalın gözündən düşür (29)

15  O, Davud şəhərində özü üçün evlər tikdi və Allahın sandığı üçün yer hazırlayıb çadır qurdu.+  Onda Davud dedi: «Lavililərdən başqa heç kim Allahın sandığını daşımayacaq. Çünki Yehova onları seçib ki, Yehovanın sandığını daşısınlar və həmişə Ona xidmət etsinlər».+  Davud bütün İsraili Yerusəlimə topladı ki, Yehovanın sandığını hazırladığı yerə gətirsinlər.+  Davud Harun övladlarını+ və lavililəri+ topladı.  Kəhatlılardan başçı Uriil və onun 120 qardaşı,  merarlılardan başçı Əsyah+ və onun 220 qardaşı,  hirsəmlilərdən başçı Yuil+ və onun 130 qardaşı,  Əlsəfan+ övladlarından başçı Şəmay və onun 200 qardaşı,  Həbrun övladlarından başçı Əliil və onun 80 qardaşı, 10  Üzziil+ övladlarından başçı Əminədab və onun 112 qardaşı gəldi. 11  Davud həmçinin kahin Sadığı+ və Əbyatarı+, lavili Uriili, Əsyahı, Yuili, Şəmayı, Əliili və Əminədabı çağırıb 12  dedi: «Siz lavililərin nəsil başçılarısınız. Siz də, qardaşlarınız da paklanın və İsrailin Allahı Yehovanın sandığını hazırladığım yerə gətirin. 13  Birinci dəfə sandığı siz gətirmədiniz+ deyə, Allahımız Yehovanın bizə qəzəbi tutdu.+ Çünki biz Onun göstərişinə əməl etməmişdik».+ 14  Beləcə, kahinlər və lavililər İsrailin Allahı Yehovanın sandığını gətirmək üçün paklandılar. 15  Yehovanın buyruğuyla Musanın əmr etdiyi kimi, lavililər Allahın sandığını şüvüllərdən tutub çiyinləri üstə daşıdılar.+ 16  Davud lavililərin başçılarına tapşırdı ki, məzmur oxuyan qardaşlarını çalğı alətlərinin — telli alətlərin, çəng+ və sinclərin müşayiətilə şövqlə məzmur oxumağa təyin etsinlər.+ 17  Lavililər Yuil oğlu Himanı+, onun qardaşlarından Bərxiya oğlu Asəfi+, qardaşları merarlılardan Quşyah oğlu İtanı+ bu işə təyin etdilər. 18  İkinci bölükdən+ olan qardaşları Zəkəriyyə, Bən, Yəziil, Şamirmut, Yəhyil, Unni, Əlyab, Bənayi, Məseyyə, Məttəsyah, Əlfəlih, darvaza keşikçiləri Miqniyyə, Abid-Ədum və Yaəl onlarla birlikdə idi. 19  Məzmur oxuyanlar Himan+, Asəf+ və İtan mis sinc+, 20  Zəkəriyyə, Əzail, Şamirmut, Yəhyil, Unni, Əlyab, Məseyyə, Bənayi alamut*+ üstündə köklənmiş telli alətlər çalırdılar. 21  Musiqi rəhbərləri Məttəsyah+, Əlfəlih, Miqniyyə, Abid-Ədum, Yaəl, Əzazi şeminit*+ üstündə köklənmiş çəng çalırdılar. 22  Lavililərin başçısı Kənanya+ daşınma işinə nəzarət edirdi, çünki o, bu işə yaxşı bələd idi. 23  Bərxiya və Əlqəna sandığın keşikçisi idi, 24  kahinlər — Şəbani, Yuşafat, Nəsnail, Əməsay, Zəkəriyyə, Bənayi və Əlyəzər Allahın sandığı önündə ucadan kərənay çalırdı,+ Abid-Ədum və Yəhiyyə də sandığın keşiyini çəkirdi. 25  Davud, İsrail ağsaqqalları və minbaşılar Yehovanın Əhd sandığını gətirmək üçün şənlik edə-edə Abid-Ədumun evinə getdilər.+ 26  Yehova Əhd sandığını daşıyan lavililərə kömək etdi. Buna görə onlar 7 buğa, 7 qoç qurban gətirdilər.+ 27  Davud, eləcə də sandığı daşıyan lavililərin hamısı, məzmur oxuyanlar, sandığı daşıyanların və məzmur oxuyanların başçısı Kənanya zərif parçadan qolsuz köynək geyinmişdi. Davudun əynində kətan döşlük də var idi.+ 28  Bütün israillilər sevinc harayları+, şeypur, kərənay+, sinc sədaları altında, telli alətlərdə və çənglərdə ucadan çala-çala Yehovanın Əhd sandığını gətirirdilər.+ 29  Yehovanın Əhd sandığı Davud şəhərinə+ daxil olanda Talutun qızı Məkyal+ pəncərədən baxırdı. Davud padşahın hoppanıb-düşdüyünü, şənlik etdiyini görəndə Davud onun gözündən düşdü.+

Haşiyələr