Birinci Salnamələr 2:1—55

  • İsrailin 12 oğlu (1, 2)

  • Yəhudanın övladları (3—55)

2  İsrailin+ oğulları bunlar idi: Rubən+, Şəmun+, Lavi+, Yəhuda+, Yəsakir+, Zəbulun+,  Dan+, Yusif+, Binyamin+, Niftalı+, Cad+ və Aşir+.  Yəhudanın oğulları bunlar idi: Əir, Onan və Saleh. Onun bu üç oğlu kənani qadından,+ Şuanın qızından doğulmuşdu. Yəhudanın ilki Əir Yehovanın gözündə pis adam idi. Buna görə də Allah onu öldürdü.+  Gəlini Tamardan+ Yəhudanın Farəs+ və Zarah adında oğulları oldu. Yəhudanın beş oğlu var idi.  Farəsin oğulları Həsrun və Həmül+ idi.  Zarahın oğulları bunlar idi: Zümri, İtan, Himan, Kəlkül və Dara. Cəmi beş oğul.  Axar* Qarminin oğlu idi. O, məhv edilməli şeylərlə+ bağlı sədaqətsizlik edib İsrailin başına bəla gətirmişdi.+  İtanın oğlu Əzriya idi.  Həsrunun oğulları bunlar idi: Yarəhmiil+, Ram+ və Kəlubay*. 10  Ram Əminədabın atası idi.+ Əminədab Nəhsunun+ atası idi. Nəhsun Yəhuda övladlarının başçısı idi. 11  Nəhsun Salmanın+, Salma Buəzin+, 12  Buəz Abidin, Abid Yəssənin atası idi.+ 13  Yəssənin oğulları bunlar idi: ilki Əlyab, ikincisi Əbunədəb+, üçüncüsü Şima+, 14  dördüncüsü Nəsnail, beşincisi Radday, 15  altıncısı Özəm, yeddincisi Davud+. 16  Onların bacıları Sərya və Abiqayil+ idi. Səryanın üç oğlu var idi: Abşay+, Yuab+ və Asail+. 17  Abiqayilin Amassa+ adında oğlu oldu. Amassanın atası ismayıllı Yatir idi. 18  Həsrun oğlu Kalibin arvadı Əzubədən və Yərufdan oğulları oldu. Onun oğulları bunlar idi: Yaşir, Şobab və Ardun. 19  Əzubə öləndə Kalib Əfratı+ aldı və ondan Xur+ oldu. 20  Xurun Ur adında, Urun Bəsalil+ adında oğlu oldu. 21  Sonra Həsrun Giladın atası Mahirin+ qızı ilə yaxınlıq etdi. Altmış yaşında ikən aldığı bu qadından Səqub doğuldu. 22  Səqubun Yair+ adında oğlu oldu. Onun Gilad+ torpağında iyirmi üç şəhəri var idi. 23  Sonralar Qəşur+ və Aram+ Havvut-Yairi+, Kənatı+ və onun bütün ətraf şəhərlərini, cəmi altmış şəhəri onların əlindən aldı. Bunların hamısı Giladın atası Mahirin övladları idi. 24  Həsrun+ Kalib-Əfratda öləndən sonra arvadı Əbiyya ondan Təquhun+ atası Aşhuru+ doğdu. 25  Həsrunun ilki olan Yarəhmiilin oğulları bunlar idi: ilki Ram, Bünah, Örən, Özəm və Əxiyyə. 26  Yarəhmiil Ətarə adında başqa arvad da aldı. O, Unamın anası idi. 27  Yarəhmiilin ilki Ramın oğulları bunlar idi: Məaz, Yəmin və Əqər. 28  Unamın oğulları Şammay və Yada idi. Şammayın oğulları Nadab və Abişur idi. 29  Abişurun arvadının adı Abihail idi. Abihaildən Əxban və Molid doğuldu. 30  Nadabın oğulları Salid və Afaim idi. Salid dünyadan oğulsuz köçdü. 31  Afaimin oğlu Yişi idi. Yişinin oğlu Şişan, Şişanın oğlu Əhlay idi. 32  Şammayın qardaşı Yadanın oğulları Yatir və Yonatan idi. Yatir dünyadan oğulsuz köçdü. 33  Yonatanın oğulları Fələs və Zaza idi. Bunlar Yarəhmiilin övladları idi. 34  Şişanın oğlu yox idi, yalnız qızları var idi. Şişanın Yarhay adlı misirli nökəri var idi. 35  Şişan qızını nökəri Yarhaya verdi. O da ona Attayı doğdu. 36  Attay Natanın, Natan Zəbadın, 37  Zəbad İflalın, İflal Abidin, 38  Abid Yəhunun, Yəhu Əzriyanın, 39  Əzriya Hələzin, Hələz İlyasahın, 40  İlyasah Sismayın, Sismay Səllumun, 41  Səllum Yəqmiyyənin, Yəqmiyyə Əlşamanın atası idi. 42  Yarəhmiilin qardaşı Kalibin+ oğulları bunlar idi: Zifin atası olan ilk oğlu Misa və Həbrunun atası Məraşın oğulları. 43  Həbrunun oğulları bunlar idi: Qarun, Təffua, Rəqim və Şəma. 44  Şəma Rahamın atası idi. Raham Yorqamın atası idi. Rəqim Şammayın atası idi. 45  Şammayın oğlu Məun idi, Məun isə Beyt-Surun+ atası idi. 46  Kalibin cariyəsi İfah Haranı, Mosanı və Cəzizi doğdu. Haran Cəzizin atası idi. 47  Yohdayın oğulları bunlar idi: Riğəm, Yutəm, Qəşən, Fələt, İfah və Şaaf. 48  Kalibin cariyəsi Məkah Səbəri və Tirhanı doğdu. 49  Sonralar o, Madmənnanın+ atası Şaafı, Məhbənanın və Gibanın+ atası Şəvahı doğdu. Kalibin+ qızının adı Axşa+ idi. 50  Bunlar Kalibin övladları idi. Əfratın+ ilk oğlu Xurun+ oğulları bunlar idi: Kiryat-Yarimin+ atası Şubal, 51  Beytləhmin+ atası Salma, Beyt-Qədrin atası Hərəf. 52  Kiryat-Yarimin atası Şubalın övladları Həryuh və menuhotluların yarısı idi. 53  Kiryat-Yarimdə yaşayan nəsillər bunlar idi: itrililər+, putlular, şumatlılar və mişralılar. Sorahlılar+ və əştullular+ onlardan törəmişdilər. 54  Salmanın övladları bunlar idi: Beytləhmdə+, Nətufahda, Atrut-Beyt-Yuabda yaşayanlar, manahatlıların yarısı və surilər. 55  Yabəsdə yaşayan mirzələrin nəsilləri bunlar idi: tiratlılar, şimatlılar və suhatlılar. Bunlar Rəhab+ evinin atası Həmməsdən törəyən qənilər+ idi.

Haşiyələr

Mənası: bəla gətirən; məhrumiyyətə səbəb olan. Digər adı Axan. Yş 7:1 ayəsinə bax.
18, 19 və 42-ci ayələrdə Kalib.