Birinci Salnamələr 23:1—32
23 Davud qocalanda, ömrünü başa vurmaq üzrə olanda oğlu Süleymanı İsrail üzərində padşah qoydu.+
2 Sonra bütün İsrail başçılarını, kahinləri+ və lavililəri+ topladı.
3 Otuz yaşında və bundan yuxarı yaşda olan lavililəri saydılar.+ Kişilər bir-bir sayıldı, onlar 38 000 nəfər idi.
4 Onlardan 24 000 nəfər Yehovanın evindəki işlərə nəzarətçi, 6000 nəfər məmur və hakim kimi xidmət edirdi.+
5 4000 nəfər darvaza keşikçisi+ idi, 4000 nəfər isə Davudun «mədh söyləmək üçün düzəltmişəm» dediyi alətlərdə Yehovanı mədh edirdi.+
6 Davud onları Lavi oğullarına, Hirsən, Kəhat və Merara+ görə bölüklərə ayırdı.+
7 Hirsənlilərdən Ladan və Şimay.
8 Ladanın oğulları: başçı Yəhyil, Zətam və Yuil,+ üç nəfər.
9 Şimayın* oğulları: Səlamut, Həziil və Haran, üç nəfər. Onlar Ladanın nəslində nəsil başçıları idilər.
10 Şimayın* oğulları: Yahəs, Zina*, Yəuş və Bərya. Bu dörd nəfər Şimayın oğlu idi.
11 Yahəs başçı, Zizah ondan sonra ikinci idi. Yəuşla Bəryanın oğulları çox olmadığından onlar bir nəsil sayılırdı və eyni işi görürdülər.
12 Kəhatın oğulları: İmran, İshar+, Həbrun və Üzziil,+ dörd nəfər.
13 İmranın oğulları: Harun+ və Musa.+ Harunla oğulları daima Ən Müqəddəs yeri müqəddəs etməyə, Yehovanın önündə qurban təqdim etməyə, Ona xidmət etməyə və Onun adı ilə xalqa xeyir-dua verməyə+ təyin olundu.+
14 Allahın qulu Musanın oğullarının adı Lavi qəbiləsinin arasında idi.
15 Musanın oğulları: Hirsəm+ və Əlyəzər.+
16 Hirsəmin oğullarından Şəbuil+ başçı idi.
17 Əlyəzər övladlarından Rəhabya+ başçı idi. Əlyəzərin başqa oğlu yox idi. Rəhabyanın isə çoxlu oğlu var idi.
18 İshar+ oğullarından Səlimət+ başçı idi.
19 Həbrunun oğulları: başçı Əryah, ikincisi Əmariyyə, üçüncüsü Yahəzil, dördüncüsü Yəqməm.+
20 Üzziilin oğulları:+ başçı Mikə, ikincisi İşya.
21 Merarın oğulları: Məhli və Muşi.+ Məhlinin oğulları: Əlyazar və Kiş.
22 Əlyazar oğul sahibi olmadan öldü, onun yalnız qızları var idi. Onları əmiləri Kişin oğulları aldı.
23 Muşinin oğulları: Məhli, Ədər və Ərəmut, üç nəfər.
24 Nəsillərinə, nəsil başçılarına görə Lavi övladları bunlardır. İyirmi yaşında və bundan yuxarı yaşda olub Yehovanın evində xidmət edənlər adbaad sayılıb siyahıya alındı.
25 Çünki Davud demişdi: «İsrailin Allahı Yehova xalqını dincliyə qovuşdurub,+ O, Yerusəlimdə əbədilik məskən salacaq.+
26 Beləcə, lavililər Müqəddəs çadırı və ibadətdə işlədilən avadanlığı artıq daşımalı olmayacaq».+
27 Davudun son göstərişlərinə əsasən, iyirmi yaşında və bundan yuxarı yaşda olan lavililər siyahıya alındı.
28 Onlar Harun oğullarının qulluğunda durub+ Yehovanın evində bu işləri görürdülər: həyətlərə+, yemək otaqlarına baxır, müqəddəs əşyaları paklayır, Allahın evindəki başqa işləri görür,
29 üst-üstə qoyulan çörəklər*+, taxıl təqdiməsi üçün narın un, mayasız xəmirdən bişirilmiş lavaş,+ sac çörəyi, yağla yoğrulmuş xəmir+ hazırlayır və bütün ölçü və çəki qablarına baxırdılar.
30 Onlar hər səhər+ və hər axşam öz yerlərində Yehovaya şükür edib mədh oxuyurdular.+
31 Həmçinin şənbə günlərində,+ təzə ay mərasimlərində+ və bayram günlərində+ Yehovaya yandırma qurbanı təqdim ediləndə yardım edirdilər. Qanunda yazılmış göstərişlərə uyğun olaraq, daim Yehovanın hüzurunda belə edirdilər.
32 Habelə, Hüzur çadırıyla, müqəddəs məkanla, qardaşları Harun oğulları ilə bağlı vəzifələrini yerinə yetirib Yehovanın evində xidmət edirdilər.
Haşiyələr
^ Görünür, bu, başqa Şimaydır.
^ Görünür, bu, 7-ci ayədə adı çəkilən Şimaydır.
^ 11-ci ayədə Zizah.
^ Yəni hüzur çörəyi.