Birinci Salnamələr 26:1—32

  • Darvaza keşikçilərinin bölükləri (1—19)

  • Xəzinədarlar və digər məmurlar (20—32)

26  Darvaza keşikçilərinin+ bölükləri bunlardır: qarunlulardan Asəf oğlu Qorənin oğlu Məşələmya+.  Məşələmyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yədail, üçüncüsü Zəbədya, dördüncüsü Yətnail,  beşincisi Elam, altıncısı Yəhukənan, yeddincisi İlyəhənay.  Abid-Ədumun oğulları: ilk oğlu Şəmay, ikincisi Yəhuzabad, üçüncüsü Yuah, dördüncüsü Səkar, beşincisi Nəsnail,  altıncısı Əmail, yeddincisi Yəsakir, səkkizincisi Fulatay. Allah Abid-Əduma bu cür nemət vermişdi.  Abid-Ədumun oğlu Şəmayın oğulları oldu. Onlar igid və bacarıqlı olduqları üçün öz nəsillərində başçı idilər.  Şəmayın oğulları: Üsnü, Rəfail, Abid, İlzəbad. Onun qardaşları Əlihu və Səməkya da bacarıqlı idi.  Bunlar Abid-Ədumun oğulları idi. Onlar, oğulları və qardaşları bacarıqlı, xidmətə yararlı adamlar idi. Abid-Ədumun nəslinə 62 nəfər məxsus idi.  Məşələmyanın+ bacarıqlı oğulları və qardaşları var idi. Onların sayı 18 nəfər idi. 10  Merar oğullarından olan Husənin oğulları: ilk oğul olmasa da, atasının başçı qoyduğu Şimri, 11  ikincisi Xilqiyyə, üçüncüsü Təbəlya, dördüncüsü Zəkəriyyə. Husənin oğullarının və qardaşlarının sayı 13 nəfər idi. 12  Bu keşikçi bölüklərinə başçılıq edənlərin də qardaşları kimi Yehovanın evində öz işləri var idi. 13  Onlar nəsillərinin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər darvaza üçün püşk atdılar.+ 14  Şələmyaya şərq tərəf düşdü. Onun oğlu müdrik məsləhətçi Zəkəriyyə üçün püşk atdılar. Ona şimal tərəf düşdü. 15  Abid-Əduma cənub tərəf, oğullarına+ anbarlar düşdü. 16  Şuffim və Husəyə+ qərb tərəf, yoxuş yolun qırağındakı Şalkit darvazasının yanı düşdü. Keşikçi dəstələri yanbayan dururdu. 17  Şərqdə altı lavili, hər gün şimalda dörd nəfər, cənubda dörd nəfər dururdu. Anbarların+ keşiyini iki cüt keşikçi çəkirdi. 18  Qərbdəki eyvanın keşiyini yolda+ dörd nəfər, eyvanın özündə isə iki nəfər çəkirdi. 19  Bunlar Qarun oğullarından və Merar oğullarından ibarət keşikçi bölükləri idi. 20  Lavililərdən Əxiyyə Allahın evindəki xəzinəyə və müqəddəs edilmiş şeylərin qoyulduğu xəzinəyə nəzarət edirdi.+ 21  Ladan oğullarından, hirsənli Ladan nəslindən, hirsənli Ladan nəsillərinin başçılarından Yəhyili+, 22  Yəhyilinin oğulları Zətam və qardaşı Yuil Yehovanın evinin xəzinəsinə+ nəzarət edirdilər. 23  İmranlılardan, isharlılardan, həbrunlulardan, üzziillilərdən+, 24  Musanın oğlu Hirsəmin övladlarından Şəbuil anbarların baş nəzarətçisi idi. 25  Şəbuilin qardaşlarından, Əlyəzər+ övladlarından Rəhabya+, Yaşay, Yuram, Zəkri, Səlamut. 26  Səlamut və onun qardaşları Davud padşahın, nəsil başçılarının, minbaşıların, yüzbaşıların və sərkərdələrin müqəddəs etdiyi şeylərin+ qoyulduğu xəzinəyə nəzarət edirdi.+ 27  Onlar müharibələrdə+ əldə etdikləri qənimətin+ bir hissəsini Yehovanın evini yaxşı vəziyyətdə saxlamaq üçün ayırmışdılar. 28  Görücü+ İşmuilin, Kiş oğlu Talutun, Nur oğlu Abnurun+, Sərya+ oğlu Yuabın+ da ayırdığı şeylər, ümumiyyətlə, Allah üçün ayrılan hər şey Səlimətin* və qardaşlarının nəzarəti altında idi. 29  İsharlılardan+ Kənanya və oğulları məbəddənxaric işlərlə məşğul olurdular — İsraildə məmur və hakim+ idilər. 30  Həbrunlulardan+ Həşbiyyə və qardaşları, 1700 bacarıqlı kişi İordanın qərb bölgəsindəki İsrail torpaqlarında Yehovanın və padşahın işinin icra olunmasına rəhbərlik edirdilər. 31  Həbrunlulardan Əryah+ Həbrun nəsillərinin və ailələrinin başçısı idi. Davudun hakimiyyətinin qırxıncı ilində+ həbrunluların arasında igid, bacarıqlı adamlar axtardılar və Giladdakı Yazirdə+ tapdılar. 32  Əryahın hər biri nəsil başçısı olan 2700 bacarıqlı qardaşı var idi. Davud padşah Allahın və padşahın işlərinin icrası üçün onları rubənlilərin, cadlıların və Mənəssə qəbiləsinin yarısının üzərində başçı qoydu.

Haşiyələr

25 və 26-cı ayələrdə Səlamut.