Timutiyə birinci məktub 2:1—15
2 İlk növbədə tövsiyə edirəm ki, hər cür insandan ötrü yalvarış, dua, xahiş və şükürlər edilsin.
2 Bunu padşahlar və məmurlar üçün də edin+ ki, biz bundan sonra da mömin həyat sürüb ciddiyyətlə, qulağımız dinc, sakit yaşayaq.+
3 Bu, Xilaskarımız Allahın gözündə yaxşı və məqbuldur.+
4 O istəyir ki, hər cür insan xilas olub+ həqiqət barəsində dəqiq biliyə yiyələnsin.
5 Allah birdir,+ Allahla insanlar arasında+ vasitəçi də birdir.+ Bu, yer üzündə yaşamış insan, Məsih İsadır.+
6 O, müvafiq bir fidyə kimi hamıdan ötrü canını verdi.+ Vaxt gələndə bu haqda şəhadət veriləcək.
7 Mən də bu məqsədlə+ müjdəçi və həvari*,+ başqa xalqlara iman və həqiqət haqda öyrədən müəllim təyin edilmişəm.+ Doğru söyləyirəm, sözlərimdə yalan yoxdur.
8 İstəyirəm ki, yığışdığınız hər yerdə kişilər sədaqətlə əllərini qaldırıb dua etsinlər,+ qəzəbdən+ və mübahisələrdən uzaq olsunlar.+
9 Eynilə qadınlar da özlərini cürbəcür saç düzümü, qızıl, mirvari, yaxud bahalı libaslarla yox, ləyaqətli* geyimlə, abır-həya ilə, ağıl-kamalla bəzəsinlər,+
10 mömin olduqlarını iddia edən qadınlara yaraşan tərzdə,+ yaxşı işlərlə özlərinə zinət versinlər.
11 Qoy qadın susaraq tam tabeliklə təlim alsın.+
12 Qadının təlim verməsinə, yaxud kişi üzərində başçılıq etməsinə icazə vermirəm. O susub qulaq asmalıdır.+
13 Çünki əvvəl Adəm yaradıldı, sonra Həvva.+
14 Bundan başqa, aldanan da Adəm deyildi, qadın tamamilə aldanaraq Allahın əmrini pozdu.+
15 Ancaq qadın uşaq doğmaqla qorunacaq,+ bir şərtlə ki, ağıl-kamalla, imanla, məhəbbət və paklıqla yaşasın.+