Timutiyə birinci məktub 6:1—21
6 Qoy köləlik boyunduruğu altında olanlar sahiblərinə böyük hörmətlə+ yanaşsınlar ki, Allahın adı və təlimi bədnam edilməsin.+
2 Ağaları imanda olan qullar isə qardaşdır deyə, onlara hörmətsiz yanaşmasınlar. Əksinə, qoy onlar daha da canla-başla xidmət etsinlər, axı onların yaxşı xidmətindən yararlananlar elə öz əziz iman qardaşlarıdır.
Bundan sonra da dediyim bu şeyləri öyrət və nəsihət elə.
3 Əgər kimsə başqa bir təlimi yayırsa və Ağamız İsa Məsihdən gələn sağlam nəsihətə+ və möminliklə uzlaşan təlimlə razılaşmırsa,+
4 deməli, o qürrələnib, heç nəyi dərk etmir,+ mübahisə və söz davası xəstəliyinə tutulub.+ Bütün bunların axırı paxıllıq, münaqişə, böhtan, bədgümanlıqdır.
5 Bunlar əqlən pozğun+ və həqiqətdən məhrum adamların boş şey üstündə axırı olmayan mübahisələrinə gətirib çıxarır. Onlar möminliyi qazanc mənbəyi hesab edirlər.+
6 Düzdür, möminlik böyük qazanc mənbəyidir,+ bir şərtlə ki, insan nəyi varsa, ona qane olsun.
7 Axı biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq.+
8 Buna görə də yeməyimiz, paltarımız* varsa, bunlara qane olacağıq.+
9 Ancaq varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər,+ insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar.+
10 Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək iman yolundan çıxmış, özlərinə çoxlu əzab çəkdirmişlər*.+
11 Sən isə, ey Allah bəndəsi, belə şeylərdən qaç. Salehliyə, möminliyə, imana, məhəbbətə, mətinliyə və mülayimliyə can at.+
12 İman uğrunda gedən şanlı mübarizədə şücaətlə döyüş və əbədi həyatdan bərk yapış. Sən bu həyata dəvət almısan və ona inandığını gözəl bir şəkildə çoxlarının qarşısında bəyan etmisən.
13 Ponti Pilatın+ qarşısında gözəl şəhadət vermiş Məsih İsanın və hər şeyə həyat verən Allahın önündə sənə əmr edirəm:
14 Ağamız İsa Məsihin zühurunadək+ sənə verdiyim əmrlərə mükəmməl və qüsursuz şəkildə riayət et.
15 Xoşbəxt və yeganə hakimiyyət sahibi təyin olunmuş vaxtda zühur edəcək. O, padşahlar Padşahı və ağalar Ağasıdır,+
16 ölməzliyə yeganə malik olan,+ əlçatmaz nurda yaşayan,+ insanlardan heç kəsin görmədiyi və görə bilmədiyi kəsdir.+ Qoy izzət və əzəmət əbədiyyən onun olsun! Amin.
17 Bu dövrdə* varlı olanlara əmr et ki, təkəbbürlü olmasınlar və ümidlərini gəldi-gedər var-dövlətə yox,+ həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar.+
18 Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli olsunlar, əl tutmağa hazır olsunlar,+
19 əsl həyatdan bərk-bərk yapışmaqdan ötrü özləri üçün salamat qalacaq xəzinə yığsınlar,+ yəni gələcək üçün möhkəm təməl qoysunlar.+
20 Ey Timuti, sənə verilmiş əmanəti qoru,+ müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən və saxta bilikdən doğan ziddiyyətli fikirlərdən uzaq dur.+
21 Bəziləri belə biliyi nümayiş etdirərək imandan döndülər.
Qoy Allahın lütfü sizə yar olsun.