İkinci işmuil 21:1—22

  • Gibyonlular Talutun ev əhlindən qisas alırlar (1—14)

  • Filiştlilərlə döyüşlər (15—22)

21  Davudun dövründə ölkədə üç il dalbadal aclıq+ oldu. Davud Yehovaya müraciət etdi. Yehova ona dedi: «Talutla ev əhlinin əli qana batıb, o, gibyonluları öldürmüşdü».+  Padşah gibyonluları+ çağırıb onlarla danışdı. (Gibyonlular israilli deyildilər, amorilərdən+ sağ qalanlar idilər. İsraillilər onları sağ saxlamağa and içmişdilər,+ amma Talut İsrail və Yəhudadan ötrü təəssübkeşliyinə görə onları qırmaq istəmişdi.)  Davud gibyonlulara dedi: «Sizin üçün nə edim? Bu günahı necə yuyum ki, Yehovanın irsinə alqış oxuyasınız?»  Gibyonlular ona dedilər: «Talutdan və nəslindən qızıl-gümüş istəmirik.+ İsraildə kimisə öldürməyə də haqqımız yoxdur». Onda padşah dedi: «Ürəyiniz nə istəsə, onu da edəcəyəm».  Onlar padşaha dedilər: «Bizi öldürən, bütün İsraildən kökümüzü kəsmək istəyən adama+ görə  onun oğullarının yeddisini bizə verin. Biz onların cəsədlərini Yehovanın seçilmişi+ Talutun şəhərində, Gibahda+ Yehovanın önündə asacağıq».+ Padşah dedi: «Onları sizə verəcəyəm».  Amma padşah Yehovanın önündə Talut oğlu Yonatana içdiyi anda+ görə Talut oğlu Yonatanın oğlu Mefiboşetə+ qıymadı.  Padşah Ayahın qızı Rispanın+ Talutdan doğulan iki oğlunu — Ərmunini və Mefiboşeti, həmçinin Talutun qızı Məkyalın*+ məhlalı Bərzillayın oğlu Ədraildən+ olan beş oğlunu götürüb  gibyonlulara verdi. Onlar da cəsədləri Yehovanın hüzurunda dağda asdılar.+ Yeddisi də bir yerdə ölmüşdü, onları biçinin birinci günündə, arpa biçininin əvvəlində öldürmüşdülər. 10  Ayahın qızı Rispa+ çul götürüb qayanın üstünə sərdi. O, biçinin əvvəlindən ta göydən cəsədlərin üstünə yağış yağan günə qədər orada qalıb meyitləri gündüzlər quşlardan, gecələr yırtıcı heyvanlardan qorudu. 11  Talutun cariyəsi Ayah qızı Rispanın nə etdiyini Davuda dedilər. 12  Davud Talutun və oğlu Yonatanın sümüklərini Yabeş-Gilad başçılarından* aldı.+ Filiştlilər Gilbuda Talutu öldürən gün onların cəsədlərini Beyt-Şən meydanında asmışdılar. Yabeş-giladlılar da onları gizlincə oradan aparmışdılar.+ 13  Davud Talutla oğlu Yonatanın sümüklərini oradan gətirdi, həmçinin edam olunanların da sümüklərini yığdılar.+ 14  Talutla oğlu Yonatanın sümüklərini Binyamindəki Sələdə+, Talutun atası Kişin+ qəbrində dəfn etdilər. Padşahın buyurduğu hər şey yerinə yetiriləndən sonra Allah onların ölkə üçün etdiyi yalvarışlara qulaq asdı.+ 15  Yenə də filiştlilərlə israillilər arasında müharibə başladı.+ Davud adamları ilə gedib filiştlilərlə döyüşdü. Amma Davud taqətdən düşdü. 16  Rəfa övladlarından+ olan İşbibənöv adlı bir nəfər Davudu öldürmək istədi. Onun üç yüz şekel* ağırlığında nizəsi+ və təzə qılıncı var idi. 17  Sərya oğlu Abşay+ Davudun dadına çatıb+ filiştlini öldürdü. Onda Davudun adamları and içib dedilər: «Sən bir də bizimlə döyüşə getməyəcəksən!+ İsrailin çırağını söndürmə!»+ 18  Sonra yenə filiştlilərlə Qovda müharibə oldu.+ O vaxt huşahlı Sibbikay+ Rəfa övladlarından+ olan Safı öldürdü. 19  Yenə Qovda filiştlilərlə müharibə qopdu.+ Beytləhmli Yaər-Ürqimin oğlu İlkənan catlı Calutu öldürdü. Catlının nizəsinin sapı toxucu ağacı boyda idi.+ 20  Catda yenə müharibə oldu. Orada pəzəvəng bir adam var idi. Onun ayaqları və əlləri altı barmaqlı idi, iyirmi dörd barmağı var idi. O da Rəfa övladlarından idi.+ 21  O, İsrailə meydan oxuyurdu.+ Davudun qardaşı Şimayın+ oğlu Yonatan vurub onu öldürdü. 22  Bu dörd nəfər Catdakı Rəfa övladlarından idi. Davudla adamları onları öldürdülər.+

Haşiyələr

Digər variant: Merabın.
Digər variant: Yabeş-Giladın torpaq sahiblərindən.
Təx. 3,42 kq. B14 əlavəsinə bax.