İkinci işmuil 23:1—39

  • Davudun son sözləri (1—7)

  • Davudun igidlərinin şücaəti (8—39)

23  Bu, Davudun son sözləridir:+ «Yəssə oğlu+ Davudun sözləri,Yüksəklərə ucaldılmış,+Yaqubun Allahının məsh etdiyi+ adamın,İsrailin sevimli nəğməkarının+ sözləri.   Yehovanın ruhu məni dilləndirdi,+Onun kəlamı dilimdə idi.+   İsrailin Allahı danışdı,İsrailin Qayası+ mənə dedi: “Hökmdar saleh olanda,+Allah qorxusu ilə hökm edəndə,+   Sanki, səhər açılır,Buludsuz səmada günəş işıq saçır,+ Yağışdan sonra parlayan şəfəqlərYerdə ot bitirir”.+   Mənim evim Allahın hüzurunda bu cürdür! Allah mənimlə əbədi əhd bağladı,+Möhürlənmiş, mükəmməl bir əhd. Bu, mənim qurtuluşum, zövq-səfamdır.Allah onu yetişdirməzmi?+   Bədxahlar isə tikan kolu kimi atılır,+Onları ələ götürmək olmur.   Onlara toxunmaq istəyənDəmirlə, nizə sapı ilə silahlanmalıdır.Onları yerindəcə külə çevirmək lazımdır».  Davudun igidləri+ bunlar idi: üç igidin başçısı təkminli Yuşib-Bəssəbat.+ O, nizəsini qaldırıb bir dəfəyə 800 nəfəri yerə sərmişdi.  Ondan sonra Əxuhi oğlu Dodayın+ oğlu Əlyazar+ gəlirdi. O, Davudla birlikdə filiştlilərə meydan oxuyan üç igidin arasında idi. Onlar orada döyüşə toplaşmışdılar. İsraillilər geri çəkiləndə 10  o, yerində durub qolu yorulana qədər, qılınc tutmaqdan əli keyiyənə qədər filiştliləri qırmışdı.+ O gün Yehova böyük qələbə vermişdi.+ Xalq isə Əlyazarın ardınca qayıdıb cəsədləri qarət etmişdi. 11  Ondan sonra hərarlı Əqinin oğlu Şamah gəlirdi. Bir dəfə filiştlilər Lehidə, mərci tarlasında toplaşmışdılar. Camaat filiştlilərin qorxusundan qaçıb getmişdi. 12  O isə tarlanın ortasında durub oranı qorumuş və filiştliləri qırmışdı. Onda Yehova böyük qələbə vermişdi.+ 13  Otuz başçıdan üçü biçin vaxtı Davudun yanına Ədullam mağarasına+ getmişdi. Filiştlilər Rəfayim dərəsində ordugah qurmuşdular.+ 14  Davud qalada idi.+ Filiştlilərin keşikçi dəstəsi isə Beytləhmdə idi. 15  Onda Davud həsrətlə demişdi: «Kaş Beytləhm darvazası yanındakı hovuzun suyundan olaydı, içəydim!» 16  Onda həmin o üç igid filiştlilərin ordugahına soxulmuş və Beytləhm darvazası yanındakı hovuzdan su çəkib Davuda gətirmişdi. Lakin Davud suyu içməmiş, Yehovanın önündə yerə töküb+ demişdi: 17  «Ya Yehova, heç mən bunu edərəmmi?! Su gətirmək üçün həyatlarını oda atan bu adamların qanını necə içim?+» Davud suyu içməmişdi. Bəli, o üç igid bu işləri görmüşdü. 18  Sərya+ oğlu Yuabın qardaşı Abşay+ başqa üç igidin başçısı idi. O, nizəsini qaldırıb 300 nəfəri öldürmüşdü. Abşay da birinci üç igid kimi ad qazanmışdı.+ 19  O, üç igidin arasında ən məşhuru idi və onların başçısı idi. Amma birinci üç igidə çatmırdı. 20  Yəhyaday oğlu Bənayi+ cəsur adam idi. O, Kəbzildə+ qəhrəmanlıqlar göstərmişdi. O, muabi Əryilin iki oğlunu öldürmüşdü. Qarlı gündə su quyusuna enib şir öldürmüşdü.+ 21  O həmçinin bir pəzəvəng misirlini vurub öldürmüşdü. Misirlinin əlində nizə vardı. Bənayi kəndirlə onun üstünə getmiş, nizəni misirlinin əlindən alıb onu öz nizəsilə gəbərtmişdi. 22  Yəhyaday oğlu Bənayi bunları etmişdi. O da üç igid kimi ad qazanmışdı. 23  Otuz igiddən də məşhur idi, amma üç igidə çatmırdı. Davud onu baş mühafizi qoymuşdu. 24  Yuabın qardaşı Asail+ otuz igidin arasında idi. Digər igidlər bunlar idi: beytləhmli Doday oğlu İlkənan,+ 25  xarudlu Şamah, xarudlu Əlqa, 26  fələtli Hələz+, təquhlu İqəş oğlu İrah+, 27  ənatutlu+ Əbusər+, huşahlı Məbunnay, 28  əxuhili Səlmun, nətufahlı Məharay+, 29  nətufahlı Bəənnah oğlu Hələb, binyaminlilərin Gibah şəhərindən Ribay oğlu İttay, 30  firətunlu Bənayi+, Caaş+ vadilərindən Hidday, 31  ərəbəli Əbu-Əlbun, barhumlu Əzmut, 32  şalbunlu İlyəhba, Yaşən oğulları, Yonatan, 33  hərarlı Şamah, hərarlı Şarar oğlu Əxyam, 34  məkati oğlu Əhəzbəyin oğlu Əlfəlit, gilolu Əxtufil+ oğlu Əlyam, 35  karmelli Hizru, ərəbli Fəray, 36  sobahlı Natan oğlu Yəqəl, cadlı Bənni, 37  əmuni Saliq, Sərya oğlu Yuabın silahdarı biirotlu Naharay, 38  itrili İrah, itrili Qarib+ 39  het Uryay+. Cəmi otuz yeddi nəfər.

Haşiyələr